» » » “... Şükür Allaha, şükür, müharibəyə başlamışıq”


“... Şükür Allaha, şükür, müharibəyə başlamışıq”

Bu gün Vətən müharibəsi şəhidi, düşmən cəbhəsinin yarılmasında yaxından iştirak edən, cəsur tank komandiri Ruslan İbadlının doğum günüdür.

“Bilesuvarinfo” xəbər verir ki, cənnətdə  27 yaşını qeyd edən şəhidimizin ad günü Nəsimikənd   kəndində doğulub boya - baş çatdığı ata ocağında qeyd edilmişdir. Rayon içtimaiyyətinin nümayəndələri, döyüş yoldaşları şəhidin valideyinləri ilə görüşmüş, kənd qəbiristanlığında olub, onun məzarını ziyarət edib.

 Mərasim iştirakçıları Ruslan İbadlın ölməz qəhrəmanlığından, Vətəninə sidqi qəlblə bağlı oğul olmaında ürək yanğısı ilə söhbət açmışlar.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar  rayon şöbəsinin rəisi Nağı Cəfərov çıxışında qeyd etmişdir ki, Ali Baş Komandan İlham Əliyevin rəhbəliyi altında Müzəffər ordumuzun əsgərlərinin döyüşlərdə göstərdiyi rəşadətlər bizə tarixi qələbə sevincini yaşatmışdır: “Bu qələbə hər ötən gün fərəh hissimizi artırır, dövlətimizi daha uğurlu gələcəyə aparır ki, biz bu qəhrəmanları böyüdən ata-anaların qarşısında həmişə borcluyuq.” 
“Sabahın xeyir ata, neçəsən. Şükür Allaha, şükür, başlamışıq ata, irəliləyirik. Narahat olmayın heç nədən, özünüzə yaxşı baxın.. .”  Döyüşlər başlanan vaxt, şəhid Ruslanın atasına göndərdiyi bu səsyazısı bir daha göstərir ki, o, necə vətənpərvərvər bir oğul olub. Topaqların işğaldan azadlığı uğurunda başlanan müharibə xəbərində sonsuz sevgi hissi duyulur. Bu haqda danışan şəhidin doğması Taleh Cəfərov ( ADPU – nun müəllimi ) Vətən müharibəsində xalqımızın birlik nümayiş etdirməsindən öz fikirlərini bölüşdü.  
Qeyd edək ki, Ruslan Sakit oğlu İbadlı  1995-ci ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olmuşdur. Nəsimikənd kənd tam orta məktəbində orta təhsil almışdır.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Ruslan İbadlı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Şəhid Ruslan İbadlı 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nəsimikənd kənd məzarıstanlığında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Ruslan İbadlı ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə"  və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan