» » » Çaylıda Şəhidlərin abidə kompleksi istifadəyə verildi


Çaylıda Şəhidlərin abidə kompleksi istifadəyə verildi


Biləsuvar rayonunun Çaylı kəndində Şəhidlərin xatirəsinə abidə kompleksinin açılışı olub.

"Bilesuvarinfo" xəbər verir ki, tədbirdə müharibə əlilləri, veteranlar, şəhid ailələrinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edənlər şəhidlərin keçdiyi döyüş yolundan söhbət açıblar. Kənd məktəbliləri şəhidlərə həsr olunan şeirlər səsləndirib.

Həmçinin, bu gün Çaylı kəndinə Vətən müharibəsi şəhidlərindən biri - Çahid  Qəniyevin doğum günü də qeyd edilib.

Şəhidimizin doğum günündə rayon içtimaiyyəti tərəfindən ata ocağı ziyarət olunub. Çaylı kənd qəbristanlığında şəhidimizin məzarı ziyarət olununaraq, əziz ruhuna dualar oxunub.

Qeyd edək ki, Biləsuvar rayonunun Çaylı kəndi Vətən müharibəsində 7 şəhid verib. Bu gün onlardan - cənnətdə 28 yaşını qeyd edən, cəsur döyüşcü,  takçı qəhrəmanımız  Qəniyev Cahid Şaiq oğlu ailəli idi. 2 yaşlı oğlu - Fərid Vətənə əmanətdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan