» » » Nəzrin Məmmədlinin ilk kitabı işıq üzü görüb


Nəzrin Məmmədlinin ilk kitabı işıq üzü görüb

 
Biləsuvardan olan, gənc istedadlı xanım Nəzrin Məmmədlinin şeirlər kitabı işıq üzü görüb.

“Bilesuvarinfo”xəbər verir ki, gənc yazarın   işıq  üzü görən ilk kitabına “Güzgü” adı  verilib. Əsasən lirik-sentimental ovqata köklənən bu kitabda müəllifin ayrı-ayrı dövrlərdə qələmə aldığı şeirləri yer almışdır. Gənc yazar Vətən, Ana kimi müqəddəs məfhumları ehtiramla, üfürə-üfürə misralarına daşımış, sevgi, nakamlıq, həsrət üzərində bərqarar olmuş hisslərini oxucuları ilə bölüşməyə çalışmışdır.

“Mücrü” nəşriyyatının “Poeziya” seriyasında nəşrə hazırlanan kitabın naşiri Müşfiq XAN, texniki redakoru Xanım Anela, korrektoru Fidan Şahinli, dizayneri isə Fərid İlhamdır.

“Güzgü”nün fervalın 20-dən sonra kitab mağazalarında satışa çıxarılması planlaşdırılır.

Qeyd edək ki, kitabın müəllifi  Məmmədli Nəzrin Vüqar qızı Biləsuvarın aktiv gənclərindəndir. O, 2001-ci il təvəllüldlüdür,  Biləsuvar rayonunda orta məktəbi başa vurub, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin Kino və Televiziya fakültəsinin Kinoşünaslıq ixtisasına qəbul olub. Hal-hazırda həmin universitetin 4-cü kurs tələbəsidir.

Nəzrin Məmmədli  2013-cü ildən bəri  Biləsuvar rayon Gənclər və İdman İdarəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyində aktiv könüllü fəallığına görə müxtəlif sertifikat və fəxri fərmanlara layiq görülüb.  2019-cu ildə "Gənc Liderlər" proqramının  məzudur. Eyni zamanda Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin həyata keçirdiyi "Poeziya Pəncərəsi" layihəsinin rəhbəridir.
O, Könüllülük fəaliyyətini "Bir" Tələbə-Könüllü proqramı, Tələbə - Gənclər Təşkilatı, ADMİU Tələbə Həmkarlar İttifaqı, Biləsuvar rayon Yeni Azərbaycan Partiyası, ADMİU Yeni Azərbaycan Partiyası, 5 saylı Asan Xidmət Mərkəzi və s.) və müxtəlif film festivallarında (Bakı Beynəlxalq Qısa Filmlər Festivalı, AnimaFilm Festivalı) da davam etdirib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan