» » Təhsil ala bilməsə də, əsl rəssam oldu


Təhsil ala bilməsə də, əsl rəssam oldu

Deyirlər yazıçı yazır ürəyini boşaldır, ya şerlə yada yazdığı əsəriylə, musiqiçi gözəl mahnılarını bəstələyir. Rəssam isə öz gözüylə gördüyü bütün gözəllikləri, ürəyindən keçən o ecazkarı, dilə gətirilə bilməyəcəyi bəzi sözləri belə işlədiyi o gözəl rəng çalarlarında təsvir etməyə çalışır. 
Bu dəfə haqqında söz açacağımız gənc rəssam gördüyü gözəllikləri təsvir etməyi çox gözləməli olub, ançaq onun bu işə sevgisi öz peşəsinin mükəmməl bilicisi etməyə imkan verib. Onunla çalışdığı emalatxanada görüşdük. İş otağında hər bir ehtiyacının təmin olunmasından məmnun idi; qışın oğlan çağında normal tempüratur, iş masası, bir sözlə bəs edəcək qədər hər bir şərait var. Deyir Heydər Əliyev Mərkəzi digər istedadlar kimi ona da qucaq açıb: “İndi, istedadı olan işləyib çörək qazanmaq istəmirsə, birinci günahı özündə axtarmalıdır. Sağ olsun dövlətimiz, “Dost” mərkəzinin xəttiylə mənə aylıq məvacib də ayrılıb.. .”
İstedadlı rəssam Ruslan Qəhrəmanov 1986-cı ildə Biləsuvarın Xırmandalı kəndində anadan olub. O, deyir ki, rəssamlığa olan marağı orta mətəbin 5-ci sinifində oxuyarkən yaranıb: ” Bir gün, bir anlığa atamın əlimə keçən kiçik bir fotosunun  rəsmini çəkmək qərarına gəldim. Bu vaxtacan, heç bir şəkil çəkmədiyimdən, bunu necə bacardığım özümə də çox təəccüblü gəldi. Valideyimlərim ilk öncə bu bacarığımı maraqla qarşılasalar da, təhsil almağımda maraqlı olmadılar. Lakin bir müddət sonra, təkidimi görən atam məni Biləsuvar Uşaq İncəsənət  məktəbinə gətirdi, burda təhsil aldım.”

2003-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “şüşə keramikası” fakültəsinə qəbul olan Ruslan ailəsinin maddi çətinlikləri ilə əlaqədar, ödənişli ali təhsil almaqdan imtina edib.  Hərbi xidmətə yollanır, Murovdağda xidmətini müvəffiqiyyətlə başa vuraraq, ailəsinin yanına qayıdarkən isə ailədə böyüməkdə olan, atasız qalan özündən kiçik bacı və qardaşların ehtiyacları ona bir müddət yenə rəssamlıq sevgisinin dalınca getməyə imkan vermir. 2017-ci ilə kimi Bakı şəhərində  bir çox şirkətlərdə fəhlə kimi çalışır, bu vaxtlar rəssamlıq baçarığına görə çalışdığı şirkətin jurnalına da rəssamlıq edir.
Harda çalışsam da, qəlbimin dərinliyində sevərək haqqında xəyallar qurduğum rəssamlıq sənəti haqqında düşünürdüm. Allahıma əl açmışdım ki, bir gün şərait yaransın, sənətin icəliklərinə dərindən yiyələnim, bu sahədə çalışım. Qardaşlarımın böyüməsi, işləməsi, mənim qayğılarmı azaltdığından rayona qayıtdım. Çoxdan uzaq düşdüyüm  rəssam omağımı düşünərkən yadıma rəssam Saleh Mürsəlov düşdü. Ondan çalışmaq üçün emalatxanasında mənə şərait yaratmasını xahiş etdim. O, da sağ olsun,  mənə bu dəstəyini əsirgəmədi. Və beləcə, başladım burada rəssamlığıma...
Bir gün Saleh müəllim yaradıcılıq mövzusunda söhbət zamanı “əsl rəssam əsərinin qabağından keçən insanı “daşa” döndürməlidir!,  əgər sənin bunu etməyini bacardığını görsəm, rəssamlığını görəcəyəm” deməsi,  mənə fəaliyyətimdə yeni stimul oldu. Həmin ərəfədə çəkdiyim “Yorğun”, “Eynəkli kişi” əsərlərinin maraqla qarşılanması daha böyük səylə məni çalışmağa ruhlandırdı.
İllər ötdükcə, istedadlı rəssam Ruslan Qəhrəmanovun artmaqda olan təçrübəsi onun yeni əl işləri ilə məşhurlaşdırıb.  Respublika əhəmiyyətli sərgilərdə nümayiş olunan rəsmləri xüsusi maraqla qarşılanıb. Bir çox əsərləri xarici ölkələrdə də nümayiş olunmuşdur. Xüsusilə, 2020 – ci ildə Heydər Əliyev Fondu tərəfindən keçirilən “Xocalıya ədalət”   kompaniyası çərçivəsində  4 rəsm əsərinin Türkiyədə nümayiş olunması ona yeni şöhrət gətirib. Bir əsəri İstanbulda Uiversitetdə saxlanılmış, digər bir əsəri isə qardaş  ölkənin   Prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilmişdir.
Belə bir hikmətli fikir də var: Əsl sənət sənətkardakı qarşısıalınmaz istəkdən yaranır. Elə yəqin, Ruslanda öz peşəsinə sonsuz bir istək onun qarşıya qoyduğu məqsədə çatmaqda önəmli olub.  İndiyə kimi onun yaradığı 100 – dən artıq, fərqli yaradıcılıq nümunələri ölkə rəmilərininin diqqətindən də yan keçməyib. Milli Məclisin Mədəniyyət komissiyasının sədri Qənirə xanım Paşayeva, deputat Bəhruz Məhərrəmov tərəfindən onun rəsm sərgisinin təşkili ilə bağlı təklif irəli sürülüb. Planlaşdırılan sərgidə gənc rəssamın ölkə içtimaiyyətinə təqdimatı nəzərdə tutulub.
Hal – hazırda Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Rəsm Dərnəyinə müəllimlik edən R.Qəhrəmanovun itedadından onlarla balaca rəssam yararlanır. 8 yetirməsi rəssamlıq üzrə ali təhsil oçaqlarında tələbə adını qazanıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan