» » Biləsuvarda 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anıldı


Biləsuvarda 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anıldı

Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş hadisələri xalqımız 32 ildən sonra da həm ağrı-acı, həm də qürur hissi ilə yaşayır. 

“Bilesuvarinfo” xəbər verir ki, Qanlı 20 Yanvar faciəsinin 32-ci ildönümü  ilə əlaqədar Biləsuvarda anım mərasimi keçirilib.

 Rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri tərəfindən   mərkəzi parkda yerləşən Şəhidlər Xiyabanınını ziyarət olunub. Şəhidlərimizin əziz xatirəsi yad edilib, xatirə kompleksinin üzərinə gül dəstələri qoyulub, ruhuna dualar oxunmuşdur. Eləcə də 20 Yanvar faciəsinin qurbanlarından olan Əlimərdan Hüseynovun Çaylı kənd qəbirstanlığındakı məzarını ziyarət ediblər. 

Bildirilib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi. Faciə zamanı xalqının səsinə hər kəsdən əvvəl səs verən ulu öndər Heydər Əliyev oldu. Ümummilli liderimiz hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gəldi, təcavüzə etirazını bildirdi, faciəni törədənləri kəskin ittiham edərək, bəyanatla çıxış etdi. Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Bu mübarizə əzmi bu milləti azadlığına qovuşdurdu, artıq müstəqilliyimizin 30 ili geridə qalıb, məhz o döyüş ruhu işğaldakı Qarabağımızı azad etməyə imkan verdi, üçrəngli bayrağımız bu gün cənnət Qarabağda, Şuşada dalğalanır. Bütün zəfərlərimizə görə şəhidlərimizə borcluyuq.

32 yaşlı qürur bayramımız - 20 yanvar gecəsinin qurbanlarını dünya durduqca yad edəcəyik! Həmin gecə ölümün gözünə dik baxan qəhrəman Vətən oğullarımızdan iki nəfəri: Biləsuvar sakinləri Əlimərdan Hüseynov və Baba Xammədov olub.

Baba Xammədov  1939-cu il iyulun 1- də anadan olub. İki uşaq atası idi. Bakı şəhərində yaşayır, 84 nömrəli texniki-peşə məktəbində fizika müəllimi işləyirdi.

Həyat yoldaşı onunla bağlı son xatirəsində deyir: “O, Həmin gecə saat güllə səsinə küçəyə çıxıb. Bütün gecə evə gəlməyib. Yanvarın 20-də onun onu dəmiryol xəstəxanasına aparıblar. Güllə ona boğazının sağ tərəfindən dəymişdi. Cərrahiyyə əməliyyatı aparılsada onu xilas etmək mümkün olmayıb. Yanvarın 21-də vəfat edib. Şəhidlər xiyabanında dəfn edilib.”

1962-ci ilin yanvarın 14-də Biləsuvarın Çaylı kəndində anadan olan Hüseynov Əlimərdan Əbil oğluna da ömrünün 29-cu baharından cəmi 5 gün yaşamaq nəsib oldu. 1983-cü ildən paytaxtda Azərelektroterm elm-istehsal birliyində elektrik montyoru kimi çalışmış Əlimərdan nişanlı idi.

[spoiler][/spoiler]
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR