» » Bu layihədə qardaş Türkiyədən də məktəblilər iştirak edib


Bu layihədə qardaş Türkiyədən də məktəblilər iştirak edib


Bir müddətdir Biləsuvarda həyata keçirilən, "eTwinning"  portalında 9 qardaş Türkiyə və 6 Azərbaycan məktəbinin olduğu "Məktublara dönək"  layihəsi yekunlaşdırılmaq üzrədir.

“Bilesuvarinfo” xəbər verir ki, rayonumuz da bu layihədə 2 məktəblə ( Biləsuvar şəhər texniki fənlər təmayüllü məktəb-lisey, Bəydili kənd tam orta məktəb) iştirak edib.

Layihə çərçivəsində iki ölkənin məktəbli gəncləri hər ay müxtəlif veb-alətləri ilə çalışmalar yerinə yetirir, e-kitab hazırlayır, "quizz" testlər həll edir və müxtəlif təşəbbüslərlə uğurla çıxış edirlər.

Layihənin həyata keçirilməsində məqsəd gənclərdə təşəbbüşkarlıq cəhdləri formalaşdırmaq, onlarda özünəinam hissi yaratmaq və iki ölkə gəncləri arasında həmrəylik yaratmaqdan ibarətdir.

Qeyd edək ki, layihənin qurucusu Biləsuvar rayonu, Bəydili kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aybəniz Əhədovadır. O, "Azərbaycan Respublikasının Əməkdar müəllimi" və "İlin ən yaxşı mühazirəçi müəllimi" fəxri adlarına layiq görülən müəllimlərimizdən biridir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan