- 22 dekabr, 12:58
- 835 dəfə oxunub
- 0
Gələcək uğurlarını qələmə almaq ümüdü ilə.. .
... Oxumağa gəldiyi təhsil müəssisəsinin yüksək savad və bacarığa malik pedoqoji kollektivin olması onun təhsil uğurlarının artmasında yeni imkanlar yaradır. Riyaziyyat müəllimi Elxan muəllim Rəşadın çox iti zehninin və digər şagirdlərdən fərqli hesablama qabiliyyətinə malik olduğunu vurğulamışdı. Afərin və Rəvan müəllim Rəşadın dərslərə həvəsi və çalışqanlığından məmnunluqlarını ifadə etmişdilər: “Kimya fənni üzrə keçirilən olimpiadalarda qələbə soraqları eşidilir. “Xəmsə”intellektual televiziya bilik yarişmasında öz komandasıyla mübarizə aparır.”
Bu zaman Samirə müəllimə ( Rəşadın anası) övladının 3 yaşından hərfləri öyrənməsindən, 5 yaşında ikən yazıb-oxumasından fəxrlə danışırdısa, indi tələbə anası olmasından qürurunu gizlətmir:
- Rəşadın orta təhsildə göstərdiyi fəallıq ona liseyi əla qiymətlərlə, fərqlənmə atestatiyla bitirməyə imkan verdi . Ötən tədris ilində ali məktəblərə keçirilən qəbul imtahalarında yüksək nəticə, 600 keçid balı ilə Xəzər Universitetinin kompüter elmləri fakültəsinə qəbul olub.
Elmə, təhsilə sonsuz sevgisi Rəşadı ali məktəbdə daha böyük səylə çalışmağa ruhlandırıb. Təhsilindən geri qalmır, həm də müxtəlif kurs və seminarlarda fəallığı ilə seçilir.
Rəşadın təhsillə bağlı arzuları tükənməzdir. Almaniyada və ya Amerikada təhsili davam etdirmək, kompüter üzrə mükəmməl mütəxəsislər sırasında olmaq istəyir. Ən böyük arzusu öz ixtisasının dərinliklərinə bələd olub, bu sahədə yeni ixtiraya sahib çıxmaqla dövlətinə bilikli və gərəkli bir vətəndaş olmaqdır.
Hazırda oxuduğu universitetdə dərslərini çox böyuk həvəslə oxuyur, təhsilini ingilis dilində alır. Təhsil almaqla yanaşı müxtəlif kursalarda iştirak edir ki, biliyini artırsın.
Biləsuvar rayon Gənclərin inkişaf və karyera Mərkəzinin fəal könüllü gənclərindən olan Rəşad bütün ictimai tədbirlərdə öndə olmuşdur. O, bu fəallığını karonavirus pandemiya zamanı da əsirgəməyə bilməzdi, öz rayonunda Rəşad təhlükəli virusa qarşı insanların maarifləndirilməsində gənclərlə bir arada olmuşdur... Ölkəmizi tanıdan layihəsindən diplomla geri dönüb.
... Zehmətkeş pedaqoq və tələbkar muəllim Dilarə nənənin əməyini doğruldan Rəşad inanırıq ki gələcəkdə də ailəsinə baş ucalıgı gətirəcək. Ümüdvarıq ki, igidlər oylağı Biləsuvar Rəşad kimi istedadli və potensiallı gəncləri ilə də daima qürur hissi keçirəcək.
Bəli, zaman atlıdır,biz isə piyada. Amma zamanın nəbzini tutmaq, o qızıl dəqiqələrin, günlərin, illərin qədrini,dəyərini vermək üçün Rəşad kimi sağlam elmi təməlli, əxlaq, mədəniyyət sahibi olmaq yetərlidir. Odur ki, bu yolda gənc tələbəyə bol bol uğurlar arzulayır,onun gələcək nailiyyətlərindən əziz oxucularımızı agah etmək ümidi ilə yazımıza üç nöqtə qoyuruq...
“Bilesuvarinfo.az”