» » Elmansız bir il


Elmansız bir il

Bu gün biləsuvarlı məşhur cərrah Elman Həsənovun haqq dünyasına qovuşduğu gündür.
“Bilesuvarinfo” xəbər verir ki, səmərəli fəaliyyətilə minlərlə insanın dərin sevgi və ehtiramına nail olmuş  həkimin anım günündə calışdığı kollektivin və rayon içtimaiyyətinin nümayəndələri tərəfindən onun əziz xatirəsini dərin ehtiramla anılıb.

Qeyd edək ki,  Həsənov Elman Əbilhəsən oğlu 13 apel 1970-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. Hələ kiçik yaşlarında həmyaşıdlarından öz biliyi, dərin zəkası və bacarığı ilə seçilən məktəbli Elman həkm əmisi (atasının əmisi oğlu) Həsənov Mirkalam Seydhəsən oğlunun əfsanəvi cərrah olması haqqında eşitdikləri ruhlandırmışdır. Bu dövrdə Salyan, Cəlilabad, Yardımlı, Lerik və İmişli rayonlarından çox insan Biləsuvar MRX-na gələrək Mirkalam həkimin şəfalı əllərinə güvənmişlər. ( Elman həkimi əmisi kimi, eynilə bölgədə tanınmış həkim-cərrah kimi məşhur olur).

Elman həkim 1989-cu ildə orta məktəbi fərqlənmə ilə bitirdiyindən Azərbaycan Tibb Universitetinin “müalicə profilaktikası” fakültəsinə imtahansız qəbul olub. Ali təhsilini “həkim-ümumi cərrah” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vuraraq Respublika Təcili Yardım xəstəxasanında bir il təcrübədə olduqdan sonra, 1995-ci ildən doğma rayonunda insanların sağlamlığının keşiyində durub. Onun savad və bacarığı, zəhmətsevərliyi sayəsində bu vaxta kimi ancaq appendisitlər, yırtıq və.s. bu kimi xırda əməliyyatlar olunan Biləsuvar RMX-da uşaqlığın ekstripasiyası, öd kisəsinin, böyrəyin götürülməsi, qeysəriyyə ilə uşağın götürülməsi, kistaların ləğvi, ağır peritonetlər və. s. iri həcmli əməliyyatların  aparılmasına başlanılıb.
 
İllər ötdükcə Bakı şəhərində səhiyyə ocaqlarına çətin hesab olunan bir çox cərrahi əməliyyatların Elman həkim tərəfindən rayonda uğurla həyata keçirilməsindən insanlar faydalanmış, tezliklə şəfa tapmışlar. Onun şəfalı əllərinin şöhrəti qonşu rayonlara səs salmışdı.

Bütün ömrünü, fəaliyyətini elinə, obasına yorulmadan xidmət göstərən, sağlamlığının keşiyində duran Elman həkimin ailəsində layiqli iki övladı - Aysu və Mirələkbər böyüyür. Aysu atasının yolunu seçərək, Azərbaycan Tibb Universitetində təhsil alır. 

Elman həhim həm də Vətən  müharibəsinin qəhrəman həkimlərindəndir. Bu vaxta kimi elinin xidmətində yorulmadan duran Elman həkimin iş rejimini müharibə bir qədər ağırlaşdırdı. Hər gün səhər 06:00-dan başlayan iş saatı 03:30-a, bəzən 04:00-a kimi çəkirdi. Yaralı əsgərlərə hər gün yardımlar olunur, qəlpələri, güllələri çıxarılırdı. Deyilənə görə müharibə başlayandan (01 dekabradək) xəstəxanada müalicə olunan 600-dən artıq əsgərimizin böyük əksəriyyəti Elman həkim tərəfindən müayinə və müalicə olunmuşdur.

O, öz səhhətindəki narahatçılığı yaxşı bilsə də, müalicəyə getməyi planlaşdırsa da, hər gün ondan şəfa diləyən insanları boş qaytara bilmirdi. Koronavirus pandemiyasının baş qaldırdığı günlərdə Elman həkimin insanlığa təəssübkeş münasibəti ondan şəfa diləyən xəstələri naümüd qoymadı. Özünü riskə ataraq, onları ayağa qaldırdı, özü isə xəstəliyin qurbanı oldu.

Allah rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR