» » Ümummilli Liderlə başlanan liderliyimiz ...


Ümummilli Liderlə başlanan liderliyimiz ...

Artıq bu kədərli gündən bizi 18 il ayırır. Bu gün bir ailə, bir ev deyil, bir xalqın onun yoxluğunu qəbul etməsi çətin idi. O, öz xalqını çoxsaylı çətinliklərdən xilas etmişdir. Parlaq gələcəyi olan Müstəqil Azərbaycan dövlətini xalqına miras qoyub əbədiyyata qovuşmuşdur. 

Müasir bəşər tarixində iki müxtəlif ictimai-siyasi quruluşda hakimiyyət zirvəsinə yüksəlməyə nail olmuş ümummilli lider Heydər Əliyev xalqının  yenilməz zəfər sərkərdəsi kimi tanınıb. Və geridə qalan bu illərdə Azərbaycanımızın yeni uğurları, müasirləşməsi “mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycana, Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” - deyən Ulu Öndərin şərəfli adı və möhtəşəm dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır.

Böyük öndər Heydər Əliyev demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.

Bəli,  Heydər Əliyev məktəbinin layiqli davamçısı olmasını xidmətləri ilə sübut edən Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı və Onun “Dəmir Yumruq”u hesabına yağı düşmənin başını əzildi. Azərbaycan Ordusu bütün dünyaya nümayiş etdirdiyi Qarabağ zəfəri ilə yeni hərb tarixini də yazmış oldu. 
Yeni hərb tarixinin yazılması  çox çətin, ağır işlərin, zəhmətlərin sayəsində əldə edilib. 44 gün ərzində qazanılan qalibiyyət yürüşü enişli-yoxuşlu yolların aşılmasından sonra baş tutdu. İqtisadi, siyasi sahədə əldə olunan  uğurlarımız dünya hərb tarixində lideliyimizə də imkan vermişdir.

Ruhun şad olsun Ulu Öndər!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan