» » Məktəblilər şəhidin valideyinləri ilə görüşdü - VIDEO


Məktəblilər şəhidin valideyinləri ilə görüşdü - VIDEO

Şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının təbliği və məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəblərdə “Şəhidlər unudulmur” layihəsi icra olunur.

“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvar şəhər 4 saylı tam orta məktəbdə olan bütün siniflərə şahidlərin adı verilib. Məktəbdə yaradılan guşələrdə Biləsuvarın Vətən muharibəsində 69 şəhidinin xatirəsi əbədiləşdirilib. Məktəblilərin şəhidlərimizin vətənpərvərliyi və qəhrəmanlığı barədə məlumatlandırılması üçün davamlı iş aparılır. 

VIDEO

Siniflərə şəhidlərimizin adlarının verilməsi şagirdlərin Vətənə məhəbbət hissinin, vətənpərvərlik duyğularının daha da yüksəlməsində və təhsildə daha böyük uğurlar qazanmalarında mühüm rol oynayır. Bunu deyən  məktəbin direktoru Elşən Ağazadə qeyd etdi şagirdlər “Hər sinifə bir şəhid“ devizi altında şəhidlərmizin  doğum və anım günlərində xüsusi fəallıq göstərir: ” Sinif otaqlarına şəhidlərimizin adlarının verilməsi şagirdlərin üzərinə böyük məsuliyyət qoyur. Onlar göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini bilirlər . “

... Bu günlərədə  Vətən müharibəsi şəhidi  Əlizadə Nəriman Nurəhməd oğlunun anım günü olmuşdur. Biləsuvar rayon içtimaiyyətinin nümayəndələri  şəhidimizin doğulduğu ata ocağında olmuş və Biləsuvar şəhər qəbiristanlığında məzarını ziyarət etmişlər.

Biləsuvar şəhər 4 saylı tam orta məktəbdə, şəhid Nəriman Əlizadənin adını daşıyan 5 “e” sinifin şagirdləri də şəhidin evində omuş, hazırladıqları kompozisiyanı təqdim etmiş, vətənpərvərlik mövzusunda şeirləri səsləndirmişlər. Bu sinifin rəhbəri Elmin Nuri şəhid valideyinləri ilə görüşdə şəhidlərə xalqımızın sonsuz sevgi və ehtiramından danışmışdır.  

 Qeyd edək ki, Nəriman Əlizadə 1997-ci ilin 06 aprelində Biləsuvar şəhərində  anadan olmuşdur. Orta təhsilini rayonda başa vurduqdan sonra, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. O, bacarıqlı futbolçu olmuş "Rəvan" və "Neftçi" futbol klublarının aşağı yaş qruplarında çıxış edib.

 Hərbi xidmətdən ötən ilin iyul ayında qayıdan N. Əlizadə Vətən müharibəsi başlayan zaman yenidən ordu sıralarına könüllü qayıdıb. Cəbrayıl, Füzuli və Xocavənd uğurunda gedən döyüşlədə qəhrəmancasına döyüşüb, şəhid olub.

 Nəriman şəhadətindən sonra müzəffər Ali Baş Komandan tərəfindən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşcü ”  medalları ilə təltif olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR