- 27 noyabr, 22:30
- 942 dəfə oxunub
- 0
Hindtoyuğu festivalı ilk dəfə Biləsuvarda keçirildi
"Bilesuvarinfo" xəbər verir ki, "Azər Home Chef" şirkətinin, "Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək" İctimai Birliyinin təşkilatçılığı və Biləsuvar rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən festival rayonun Mərkəzi Parkında təşkil edilmişdir.
Tədbirdə rayon rəhbərliyi və sakinləri, qonaqlar və respublikanın ən məşhur aşpazları iştirak etmişdir.
Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, festivalın keçirilməsi rayonda turizmin inkişafına maraq baxımından böyük əhəmiyyət daşıyır. Həm də Azərbaycanın dünyada təbliğinə xidmət göstərir, milli mətbəxini dünyaya tanıtmaqdır.
Festivalda hind quşundan hazırlanmış müxtəlif çeşidli təamlar nümayiş olunub. Kənd məhsullarından ibarət satış yarmarkası təşkil edilmiş, rəsm sərgisi və peşə təmayüllü şagirdlərin əl işlərindən ibarət sərgilər hazırlanmışdır.
Sonda ən yaxşı dadlı təamları hazırlayan biləsuvarlı aşbazlar hədiyyələrlə mükafatlandırılmışdır. Respublikanın və rayonumuzun tanınmış müsiqiçiləri tərəfindən hazırlanmış geniş konsert proqramı təqdim olundu.