» Ümidimiz Cənub Muğan kanalına qalıb, yay aylarında isə burada suyu tapmaq müşkülə çevrilir


Ümidimiz Cənub Muğan kanalına qalıb, yay aylarında isə burada suyu tapmaq müşkülə çevrilir


Milli Məclisin deputatı Bəhruz Məhərrəmov tərəfindən Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı hökumət qarşısında təmsil etdiyi dairə üzrə bir neçə məsələ qaldırmışdır.

"Biləsuvarinfo" xəbər verir ki, müzakirələr zamanı  B.Məhərrəmovun  əsas diqqətə çatırdığı  məqam, Biləsuvarın ən böyük problemi:  suvarma, həm də içməli su təminatında ciddi çatışmazlıqlar olmuşdur.

O, çıxışı zamanı qeyd etmişdir:

 - Hörmətli hökumət üzvləri, əlbəttə, deyə bilərsiz ki, su problemi qlobal məsələdir, bütün rayonlarımızda var. Amma Biləsuvarın fərqi ondadır ki, biz Kür yaxud Arazın sahilində yerləşib problem yaşayan rayon deyilik, bizim ümumiyyətlə, təbii su mənbəmiz yoxdur. Bir Bolqarçay var, o da demək olar ki, quruyub. Ümidimiz Cənub Muğan kanalının texniki suyuna qalıb və yay aylarında isə bu suyu da tapmaq müşkülə çevrilir.
Məsələnin yeganə həlli yolu, rayonda Bolqarçay su anbarının  təmiri, yaxud, yeni sututarın yaradılması, habelə, bölgəyə yeni içməli su kəmərinin çəkilməsidir ki, problemə hökumətimizin xüsusi diqqət ayırmasını xahiş edirəm. Sirr deyil ki, indi işsizlik ciddi problemdir, Biləsuvarın su problemi həll olunsa, bizdə işszilik minimuma enəcək.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan