» » Amankənd sakini Laçında minaya düşüb


Amankənd sakini Laçında minaya düşüb

Azərişıq əməkdaşı minaya düşərək xəsarət alıb.

"Bilesuvarinfo" xəbər verir ki, hadisə bu gün  Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb.

O, yüksək gərginlikli hava xəttinin çəkilişi üçün bura Biləsuvar Elektirik Şəbəkəsindən ezam olunub.

M.Əbilovun  sağ ayağı ambutasiya olunub. 

Allah şəfasın versin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan