» Elinin Nur oğlu


Elinin Nur oğlu

Xalqımız Vətən torpağının işğalına son qoymaq uğurunda mübarizəyə başlayanda 20 yaşında olan Elnurun arzuları tükənməz idi.O, torpaqlarımızın işğalda qalamasını, erməni vəhşiliklərini məktəbdə oxuyub öyrənməklə bərabər, müharibədə döyüşən  atası ilə bu haqda tez-tez söhbətlər edərdi .. .

Ailədə olan üç qardaş Şahin Əzizovun alın tərindən çıxan çörəklə böyüdülər. Ailənin ortancıl oğlu Elnur idmanla mütamadi məşğul olur, boks idman növü üzrə keçirilən yarışlarda dəfələrlə qaliblər sırasında yer alır. Hələ uşaqlıqdan onun hərbiçi olmaq həvəsi, məktəbin yuxarı siniflərində oxuyanda qaynayıb-coşur.

O, gün gəlib çatır. Elnur həqiqi hərbi xidmətə yollanarkən  atasına dediyi “Bizi daş atmaqla böyütdün ata, mən sənin başını uca edəcəyəm” deməsini sən demə bir neçə il sonra əsl reallıqa çevirəcəkmiş.

Əzizov Elnur Şahin oğlu 2018-ci ilin oktyabırından Naxcıvan Muxtar Respublikasında, xüsusi təyinatlı qüvvələrdə həqiqi hərbi xidmətə başlamışdır.  Xidmətinin son aylarında kursa yazılmış, kiçik çavuş kimi orduda qalaraq Vətənə xidmət etməyi üstün tutur. Nümunəvi xidmətinə görə komandirlik tərəfindən dəfələrlə təşəkkürnamələrə layiq görülür. Hərbiçilər arasında boks idmanı üzrə yarışda birinci yerə çıxıb.

Elnur mənlə sonuncu danışığında deyir ki, şəhid olsam ağlama. Həqiqi xidmətə gedəndən ilk dəfə evə gəlmişdi. Həmin günlərədə koronavirius ölkəmizdə ilk dəfə geniş yayılırdı. Elnur evdə cəmi 4 gün qalmalı, mövcud şəraitlə bağlı təcili hərbi hissəyə qayıtmalı oldu. Sonra bir də qəhrəman balam Vətən uğurundan şəhadətə yüksəlib geri qayıtdı - Rubabə ana deyir.

Bu gün şəhadətinin birinci ildönümündə Elnurla bağlı xatirələri yada salan Şahin ata qəhrəman oğlu ilə fəxr etdiyini demişdir: “ Elnur xidmətdə olduğu müddətdə ilk və son görüşümüzdə sanki uçmağa qanad axtarırdı. Bildirdi ki, elə bir ordumuz var ki, istənilən vaxt erməniləri torpaqlarımızdan qovmağa  qadirdir. Zarafatla əlavə edir: ata, siz ala bilmədiniz, ancaq biz alacağıq düşməndən torpağı ”

Bəli, o gün gəldi, Elnur kimi cəngavərlər Ali Baş Komandanın hüçüm əmrini layiqincə yerinə yetirərək, əzəli torpaqlarımızın 30 illik işğalına son qoydular. Elnurun  böyük qardaşı Elgün də  Füzulidən Şuşayadək döyüş yolu keçən qəhrəmanlardandır. 

 Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Elnur Əzizli "Vətən uğrunda","İgidliyə görə", "Şuşanın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə  medalları ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR