» » » Şəhid atasından nəcib təşəbbüs


Şəhid atasından nəcib təşəbbüs


Vətən müharibəsində oğlu şəhid olan Nüsrət Nəcəfov oğlunun xatirəsinin əbədiləşdirmək üçün fərqli təşəbbüslə çıxış edib.

Yuxarı Cürəli kənd tam orta məktəbin müəllimi Azər Əliyev “Bilesuvarinfo" ya bildirmişdir  ki, şəhid atası Şuşa uğurunda son döyüş günündə şəhid oğlunun xatirəsini  əbədiləşdirilmək üçün ağaclar əkib.

Ağaclar Zəfər Günündə, şəhidimizin atası Nəcəfov Nüsrət oğlunun təhsil aldığı Yuxarı Cürəli kənd tam orta məktəbin həyətində əkilmişdir. 

Şəhidin  bu il 22 yaşı olması münasibətilə əkilən 22 ağacı becərməyi şagird və müəllim kollektivi özlərinə müqəddəs borc bilmişlər. “Onun şəhid olduğu gündə işlədiyim məktətəbin həyətində bu ağacları əkirəm ondan ötrü ki gələcəkdə Sadiq kimi övladlar gözəl təbiətin qoynunda böyüsünlər və hər il onun ad gününə bir ağac əkib kəndimizi daha da gözəlləşdirsinlər.”-deyə şəhid atası vurğulayıb.

Qeyd edək ki, Sadiq Nüsrət oğlu Nəcəfli  2000-ci ildə Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində doğulub. 2017-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2020-ci ilin sentyabrda Vətən müharibəsinin başlaması ilə əlaqədar kiçik leytenant rütbəsi ilə müharibəyə yollanıb.

Vətən müharibəsində, noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olan S.Nəcəfli  Ali Baş Komandan İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə  təltif edilib.

Allah rəhmət eləsin!



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR