» » Zəfər Günü Biləsuvarda ...


Zəfər Günü Biləsuvarda ...

Biləsuvar rayonunda Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib.
"Bilesuvarinfo" xəbər verir ki,  rayonda bayram tədbirlərində rayon rəsmiləri, ictimaiyyət nümayəndələri və şəhid valideynləri iştirak edib.

Qələbə günündə ilk olaraq rayonun mərkəzi parkında ağacəkmə marafonu keçirilib. Ağacəkmədə Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev də iştirak edib.

 Sonra bayram tədbiri Vətən müharibəsi qazisi Nazim (Sadıqovun) müəllimin rəhbərlik etdiyi  "Zəfər yürüşü" ilə davam edib. Yürüşdə məktəblilər, Vətən müharibəsi qaziləri və gənclər iştirak edib. 

Bayram tədbiri axşam saatlarınadək davam edəcək konsert proqramı ilə yekunlaşacaq. 

Qeyd edək ki, Biləsuvar rayonu Vətən müharibəsində 69 şəhid verib. Onlardan 3 nəfəri "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR