» » Biləsuvarda kanalizasiya çəkilişi işlərini yekunlaşdırmaq mümkün olacaqmı?


Biləsuvarda kanalizasiya çəkilişi işlərini yekunlaşdırmaq mümkün olacaqmı?


Əflan Tağıyevin sözlərinə görə bu ilin sonunadək  işlər yekunlaşdırılaraq kanalizasiya xətti istismara veriləcək.

Regionların sosial-iqtisadi  inkişafına dair Dövlətət Proqramına (2004-2008-ci illər) əsasən Biləsuvar şəhərinin içməli su təhcizatının yaxşılaşdırılmasına və kanalizasiya işinin təşkilinə başlanılmışdır.

“Bilesuvarinfo” xəbər verir ki, 2011- ci ilin sentyabrından bu işə başlanılaraq, şəhərin tarixi içməli su problemi tam həllini tapıb.  Qeyd olunan tarixdən, paralel olaraq Biləsuvar şəhərində ilk dəfə olaraq kanalizasiya sisteminin inşasına da başlanılıb. Bu məqsədlə çəkilən 9,5 km uzunluğunda kanalizasiya kollektorunun 8,8 km-lik hissəsi çəkilmiş, 76,8 km kanalizasiya şəbəkəsi yaradılmışdır. Layihəyə əsasən, toplanacaq tullantı sularının yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənilməsi də nəzərdə 
tutulub.

Söylənilən işlərə nəzərən bu layihənin əsas hissəsinin reallaşdırıldığını başa düşmək olar. Lakin son 4 ildən artıq müddətdə küçələrin qazılıb, dağıdılaraq görülən işin bərabərində nəticənin yoxluğu ortaya suallar çıxarırdı. Hamı tezliklə kanalizasiyanın işləcəyi günü səbirsizliklə gözləyirdisə, ümüdlər tədricən itirdi. Ən əsası, milyonlarla manat dövlət  vəsati xərclənən bu işin başa çatdırılmaması təəssüf doğururdu. 

Qeyd edək ki, Biləsuvar rayon İcra Hakimiyyətinin yeni başcısı Faiq Qürbətov fəaliyyətinin ilk günlərindən bu işi diqqətdə saxlaması, aidiyyəti qurumlar qarşısında məsələ qaldırması öz müsbət nəticəsini vermişdir.

 Nəhayət, bu mühüm dövlət layihəsinin həyata keçirilməsində gücsüzlük nümayiş etdirən “Təmir-Tikinti” MMC uzun fasilədən sonra meydanda görünüb. Indi, payız - qış fəslində Biləsuvar şəhərinin mərkəzi küçəsi-Nizamidən başlanan qazıntı işləri yaratdığı narahatçılığa  dözmək də olar, təki başlanan işlər davamlı, kanalizasiya sistemi layihədə nəzərdə tutulduğu kimi tam başa çatdırılsın. Real mənzərə isə çoxsaylı şüphələr yaradır.  Xeyli müddət “Azərsuçular” tərəfindən küçələrdə çəkilmiş kanalizasiya xətlərinin tamamilə unudulması, sanki əhəmiyyətsiz bir qurğu kimi münasibət bəslənilməsi, çox küçələrdə  lyukların zibillə doldurulmasına yol açmışdır. Bəzi vətəndaşlar tərəfindən isə çirkab sularını gizlicə buraya axıtmağa başlaması Biləsuvar şəhərinin ayr-ayrı ərazilərində ara-sıra “fontanlara” səbəb olub. Daha maraqlı mənzərə isə, Heydər Əliyev prospektində çəkilən kanalizasiya xəttinin üzərində yanacaqdoldurma məntəqəsinin tikiləməsidir. 

Kanalizasiya çəkilişi işinə rəhbərlik edən “Təmir-Tikinti” MMC-nin iş icraçısı Əflan Tağıyevlə də görüşüb hazırda görülən işlərə aydınlıq gətirməyə çalışdıq. O, ümümilikdə rayon üzrə kanalizasiya çəkilişi işlərinin 90 faizinin həyata kecirildiyini bildirdi: “ Avqust ayından etibarən bu istiqamətdə yarımçıq qalan işləri həyata keçirilməsinə başlamışıq. Nizami küçəsində 540 metir məsafədə yarımçıq kalan mərkəzi kanalizasiya xəttində işləri yekunlaşdırdıqdan sonra, küçə xətlərinin birləşmələrinə başlanacaq. Biləsuvar şəhərində ayr – ayrı yerlərdə mövcud olacaq nasosxanaların tikintisi görülür. Ümumilkdə götürdükdə, tikinti işlərinin əsas hissəsi başa çatdırılıb, bu ilin sonunadaək kanalizasiya sistemini istismara verəcəyik.”
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan