» Biləsuvarda bu gün daha iki şəhid anıldı


Biləsuvarda bu gün daha iki şəhid anıldı

Vətən müharibəsində 69 şəhid verən Biləsuvar rayonunda bu gün daha iki şəhid ehtiramla anılır.

“ Bilesuvarinfo" xəbər verir ki,  Biləsuvar şəhərində və rayonun Nəsimi kəndində olan şəhidlərin ata oçaqları rayon rəhbərliyi və içtimayyətinin nümayəndələri tərəfindən ziyarət olunmuşdur. 

Mərasimdə şəhidlərin  xatirə lövhələrinin açılışı olub, onların şərəfli döyüş yollarından danışılaraq xatirələri anılıb. Bildirilib ki, dövlətimiz tərəfindən Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirələri bundan sonra da daim əziz tutulacaqdır.

Qeyd edək ki, rayonda anım günü keçirilən hər iki gənc şəhid döyüşə könüllü yollanıb.  22 yaşlı şəhid Qədirli İsmayıl Elçin oğlu  Biləsuvar rayonunda anadan olub. İdmana marağı olan İsmayılın “Taekvando” karate idman növündə,  ayağında yaranan problem idman uğurlarını davam etdirməyə imkan verməyib. 2018-ci ildə həqiqi hərbi xidmətini nümunəvi başa vurub. Bakıda işləyən İsmayıl Vətən  muharibəsi başlayanda  rayona qayıdıb, valideyinlərinə bildirmədən adını könüllülər siyahısına yazdırıb. Cəbrayıl,  Qubadlı, Füzuli, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Xocavəndin Qırmızı Bazar qəsəbəsi yaxınlığında gedən döyüşdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin  Sərəncamları ilə İ. Qədirli ölümündən sonra "Vətən uğrunda",  "Cəbrayılın azad olunmasına görə"   və  "Füzulinin azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən 23 yaşlı şəhid  Alim Mirzə oğlu Yoldaşov isə ölümündən sonra "Vətən uğrunda",  "Füzulinin azad olunmasına görə"  və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

O, doğulduğu Biləsuvar rayonunun Nəsimi kəndində tam orta məktəbdə təhsil almış,  həqiqi hərbi xidmətini topçu kimi başa vurmuşdur.  Vətən muharibəsinə könüllü yollanan Alim Yoldaşov döyüşlərdə düşməni çoxsaylı itkilərə məruz qoyub. Füzulidən başladığı döyüşlərdə Alim pulemyotçu olub. Bir ay boyunca Xocavənd, Hadrut istiqamətində uğurlu döyüş əməliyyatlarında iştirak edib. Şuşa yaxınlığında - şəhid olduğu posta Alimin adı verilib. Anadan oduğu  kəndinin məzarıstanlığında dəfn olunmuşdur. 

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan