» » Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub


Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub


Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihənin açılış mərasimi keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi" çərçivəsində qalib olmuş Biləsuvar rayon Aşağı Cürəli kənd tam orta məktəbinin informatika müəllimi Rəfiqə Hüseynovanın "Rəqəmsal Liderlər" Distant təhsilin təşkilində əlavə texnoloji alətlərin tətbiqi ilə bağlı layihəsinin rəsmi açılış mərasimi olub.
Azərbaycan Gənc Müəllimlər Assosiasiyası layihənin icra olunmasında əməkdaşlıq edəcəkdir.
Layihənin açılış mərasimi bu gün Biləsuvar Rayon Gənclər Evində baş tutmuşdur.
Açılışda Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ləman Yüzbaşova iştirak etdi. Layihə rəhbəri Rəfiqə Hüseynova layihənin məqsədi, vəzifələri, icra planı haqqında qonaqlara ətraflı məlumat verdi.

Xatırladaq ki, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının da tərəfdaşlıq etdiyi layihənin məqsədi distant təhsilin təşkili üçün müəllimlərə əlavə texnoloji alətlərin - “Google for Education” platformasını necə istifadə edəcəklərini öyrətməkdir. 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan