» » Bu gün Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun anım günüdür


Bu gün Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərovun anım günüdür


Vətən Müharibəsində qəhərmanlıq dastanı yazan cəngavərlərdən  olan şəhid polkovnik-leytenant Orxan Əkbərov şəhadətə bu gün qovuşub.

"Bilesuvarinfo"​​​ xəbər verir ki, qəhrəmanın şəhidliyinin birinci ildönümündə onun doğulub boya-başa çatdığı ata ocağı ziyarət olunmuşdur.

 Ziyarət iştirakçıları Biləsuvar rayonunda şəhidin yaşadığı evin qarşısında Xatirə kompleksinin açılışın etmişlər.  Mərasimdə abidə komleksinin önünı Müdafiə Nazirliyinin Fəxri qarovulu tərəfindən əklil qoyulub.

Mərasimdə  Biləsuvar Rayon İcra Hakimiyyətinin Başcısı Faiq Qürbətov çıxışında qeyd etmişdir ki, Vətən müharibəsindəki tarixi qələbəmiz bu gün bizə dünya xalqları arasında başımızı dik tutmağa imkan verir. Bu fərəhi bizə qismət edən şəhid və qazilərimizin qəhrəmanlıqlarıdır. Milli Məclisin deputatı Bəhruz Məhərrəmov,  Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Surxay və şəhidin rəhbərlik etdiyi kəşfiyyat hərbi hissənin zabiti, silahdaşı Nemət Rəhimov da çıxış edərək şəhidlərimizin misilsiz rəşadətlərindən söz açmışlar.

 Şərəfli ömür payının 20 ilə yaxınını şərəfli hərbiçi zabit peşəsinə sərf edən Orxan Nadir oğlu Əkbərov canı qədər sevdiyi Vətəninə “lazım gələrsə canımı qurban verərərəm”i təkcə demədi,  bacardı da... .Hücum əmiri gələndə silaha sarılır, əsgərlərinin önünə düşür, Lələtəpə istiqamətində düşmənin alınmaz  qala hesab etdiyi beş postun istehkamlarını başına sovurub. Kənd Horadiz istiqamətində meşədə, 200-ə yaxın xüsusi təyinatlı düşmən əsgəri məhv edilməsində xüsusi rəşadət göstərir. Düşmənə kömək üçün tələsən bölüyün silahal dolu 6 avtomobili, 60 nəfərlik canlı qüvvəsi Orxanın komandarliyi ilə Azərbaycan əsgəri  məhv edib. Qeyri-bərabər döyüşdə o, yaralı əsgərini və şəhidini döyüş meydanında qalmasını öz həyatı bahasına istəməyib, əsgərlərinə “biz (özü ilə birgə 8 silahdaş) müdafiədəyik, siz onları döyüş meydandanından çıxarın”əmrini verib.

 Qeyd edək ki,  ailədə 4 qardaş olan  Orxan Əkbərov 1982-ci ilin 12 dekabırında ziyalı ailəsində anadan olub. Özündən kiçik qardaşı mayor  Ənvər Əkbərov  Vətən Muharibəsi iştirakçısıdır.

Orxan Əkbərov Heydər Əliyev adına Baki Ali Komandirlik məktəbini başa vurub. 2005-ci ildə Təlim Tədris Mərkəzində  hərbi təhsilini artıran bacarıqlı kəşfiyyatçı Orxan Əkbərov Fizulidəki “N” saylı həbi hissədə tağım komandiri, sonra bölük komandiri  kimi vətənə xidmətdə ilk uğurlarını qazanmışdır.

Bütün xidmətini ön cəbhədə xidmət göstərməkdən qürur duyan qorxmaz kəşfiyyatçı Orxan Əkbərrov illər ötdükcə artan zəngin təcrübəsi, cəsarətli xidməti  komandirlik tərəfindən yüksək qiymətləndirilərk çoxsaylı fəxri fərman və diplomlara layiq görülmüşdür.  Beyləqan və Ağdam rayonlarında “N” saylı hərbi hissələrədə kəşfiyyat bölüyünün rəisi olduğu illərdə nizam-intizmı, vətəpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı  peşəkar zabit kimi onu şöhrətlənmişdir.

2019-cu ildən cəbhə bölgəsində “N” saylı kəşfiyat hərbi hissəsinə komandirlik edən Orxan Əkbərov düşmənin cəbhədə törətdiyi təxribatların qarşının alınmasında yaxından iştirak etmişdir.

Bu gün, Orxanın necə bir qəhrəman oğul olmasını, onu tanıyan hər kəs bilir. 20 illlik şərəfli xidməti dövüründəki nümunəvi xidməti, vətənpərvərliyi  döyüşlərdə özünü daha aydın göstərdi. Döyüşlərə  yüksək əhval-ruhiyyədə  girməsi əsgərlərdə qələbə əzmini artırıb, ölümdən heç vaxt qorxmayıb. Necə ki, ölümdən qorxmayaraq komandir adını yüksək tutaraq vətən uğurunda şərəfli ölümü üstün tutmuşdur.

Vətən muharibəsindəki  misilsiz sücayətlərinə görə prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Vətən Müharibəsi Qəhəmanı adına layiq görülüb. "Vətən uğurunda" medalı, "Füzulinin azad olunmasına görə" təltif olunub.

38 yaşl qəhrəmanımız ailəli idi, iki ciyərparası – Çingiz və Sevili xalqına əmanət qoyan komandirin qəhrəmanlığı gəncliyə bir örnəkdir.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan