» » Biləsuvar rayonunda Vətən muharibəsi şəhidləri anılmışdır


Biləsuvar rayonunda Vətən muharibəsi şəhidləri anılmışdır


Şəhidlərin Anım gününün qeyd olunması Vətən muharibəsində rayonun ilk şəhidi İlkin İslam oğlu Abıyevin dünyaya göz açdığı ata ocağının ziyarətilə başlanılmışdır.

"Bilesuvarinfo" xəbər verir ki, daha sonra anım mərasimi rayon mərkəzində parkda davam etdirilib. Burada  şəhidlərin xatirəsinə ağaclar əkilib, Xatirə kompeksinin önünə gül-çiçək düzülüb. 

Biləsuvar Rayon İcara Hakimiyyətinin Başcısı Faiq Qürbətov, Milli Məclisin vitse - spikeri Fəzail İbrahimli, deputat Bəhruz Məhərrəmov və şəhid valideyinləri çıxışlarında Müzəffər ordumuzun qəhrəman əsəgələrinin rəşadətindən söz açmışlar. Qeyd olumuşdur bu gün dünya xalqaları arasında başımızı dik tuta bilirik. Ali Baş Komandan Müdrik siyasəti və qətiyyəti bizə bu şərəfi nail etmişdir.

Qeyd edək ki, birinci Qarabağ Müharibəsində 131 şəhidi olan Biləsuvarın sonrakı illərdə böyüyən gəncliyi də Ali Baş Komandanın  30 il düşmən tapdağında qalan torpaqlarımızın  azadlığı əmrinə anında çavab veriblər. Yüzlərlə qorxmaz vətən oğlu dümənə qarşı  mübarizədə igidliklə vuruşub.

Rayon 44 günlük mücadilədə 69 şəhidini qarşılayıb. Göstərdikləri şücayətlərə görə müxtəlif medal və ordenlərlə təltif olunub.  3 nəfər ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan