» » Koronavirusa birliyimizlə qalib gələk!


Koronavirusa birliyimizlə qalib gələk!


Viruslar 1992-ci ildə rus alimi Dmitri İosipoviç İvanovski tərəfindən tapılmışdır. Bəzi alimlər virusları canlı təbiətin 5-ci aləminə aid edirlər (virus xəstəliklərinin törədicilərini öz dövründə virusların süzücüləri, indi isə sadəcə olaraq virus adlanır). Onlar canlı və cansız materiya arasında keçid təşkil edir.

 Viruslarda hüceyrəvi quruluş yoxdur, yəni onlarda nüvə, sitoplazma və hüceyrənin başqa orqanoidləri yoxdur. Buna görə  viruslar zülal, yağ və ATF (adenozintrifosfat turşusu) sintez edə bilmir. Həm də viruslarda maddələr mübadiləsi getmir. Çoxalma qabiliyyətləri yoxdur. Onlar ancaq canlı hüceyrələrdə fəaliyyət göstərir. Hüceyrədən kənarda viruslar kristal formasında olur. Zülal təbəqəsinin altında DNT (dezoksiribonuklein turşusu) və yaxud RNT (ribonuklein turşusu) yerləşir. Zülal təbəqəsi virusda kapsid adlanır. Kapsid bir və ya bir neçə zülalın polipeptid zəncirinin təkrarlanması hesabına əmələ gəlir. Kapsid müdafiə, fermentativ və antigen funksiyaları yerinə yetirir. Prakariot və eukariot hüceyrələrində olan zaman onlar canlı-canlı orqanizmlərin xüsusiyyətlərini göstərə bilir və xüsusi reproduksiya üçün həmin hüceyrələrin maddələr mübadiləsindən (metobolizm prosesindən) istifadə edirlər. Bir sözlə heç bir virus sərbəst surətdə mövcud deyil, olmur. Ancaq hüceyrəyə daxil olandan sonra hüceyrədə olan biokimyəvi konveyerin işi hesabına artır. Bu hesaba virusun qenomu reduplikasiyaya uğrayır, zülal pərdəsi əmələ gəlir və DNT molekulu ikiləşir. Hər DNT molekulundan iki DNT molekulu yaranır.

Viruslar mikrobların vira aləminə aiddir. Hüceyrədaxili parazitlərdir. Ya hüceyrənin sitoplazmasında, ya da nüvəsində çoxalır (formalaşmış virus hüceyrəsi virion adlanır). Hər bir virusun özəyində onun genetik materialı olan DNT və RNT molekulu yerləşir. Bəzi virusların DNT molekulu iki qatlıdır, həlqəvi və uzununa formada olur. Elə viruslar da var ki, onların DNT si təkqatlı olur, həlqəvidir. Kopsid virusu (yəni onun zülali pərdəsi) müxtəlif fermentlərdən qoruyur, ultrabənövşəyi şüalardan qoruyur.

Məlumdur ki, viruslar infeksiya mənbəyidir. Hüceyrədə yaşama müddətindən və fəaliyyətindən asılı olaraq üç tip virus infeksiyası ayırd edilir. 1-ci tip viruslar hüceyrə əmələ gələn az vaxt ərzində oranı tərk edir, başqa hüceyrələri zədələyir. Buna metik virus infeksiyası deyilir. 2-ci tip viruslar əmələ gəldikdən sonra sahib olduqları hüceyrələri tədricən tərk edirlər. Sahib hüceyrələr yaşayır, çoxalır və yeni viruslar yaradır. Belə viruslar persistet viruslar adlanır. 3-cü tip virusların genetik materialı sahib hüceyrənin xromosomlarına daxil olur və hüceyrə bölünən zaman gizli  hüceyrəyə sərbəst surətdə ötürülür və müəyyən şəraitdə gizli viruslar aktivləşir, “çoxalır”, nəhayət, hüceyrəni tərk edib yenilərini yoluxdurur. Bu viruslar latent viruslar adlanır.

Ən maraqlı və vacibi isə virusun hüceyrəyə daxil olması mexanizmidir. Məlumdur ki, viruslar insan, heyvan, bitki və bakteriya hüceyrələrində müxtəlif xəstəliklər törədir. Virusların formaları müxtəlifdir:- çöpşəkilli, sapvari, kürəşəkilli və s olur. Məsələn, bitki hüceyrələrinin virusla yoluxması, heyvan mənşəli hüceyrələrdən fərqlənir. Bu onunla bağlıdır ki, bitki hüceyrələrində möhkəm təbəqə var. Bu təbəqə virusun hüceyrənin daxilinə keçməsinə imkan vermir. Viruslar yalnız mexaniki zədələnmələr olan yerdən hüceyrəyə keçirlər. Yoluxdurucusu müxtəlif buğumayaqlı heyvanlardır. Ağcaqanad insana yapon ensefaliti virusunu yoluxdurur. Heyvan və insan hüceyrələri təkqatlı membranla əhatə olunmuşdur. Eyni zamanda bu hüceyrələrdə yüksək faqasitoz (udma) və pinositoz (içmə) qabiliyyəti var. Bu səbəbdən həmin hüceyrələr virusa daha tez yoluxurlar. Qida maddələrini udan zaman bu hüceyrələr varionu da udur. Virusun bir hüceyrədən digərinə keçməsi, hüceyrələrin bir-biri ilə sıx əlaqəsindən asılıdır. Elə viruslar da var onlarda hüceyrəyə keçmək üçün xüsusi uyğunlaşma əlamətləri var. Tənəffüs orqanlarını örtən daxili səth selik qatı ilə örtülü olur. Virus qrip xəstəliyini törədəndə həmin seliyi durulaşdırır və hüceyrə membranından hüceyrənin daxilinə keçir. Bəzi qrup viruslar da var ki, onlar bakteriya hüceyrələrinə daxil olmaq qabiliyyətinə malikdir. Bu səbəbdən onları bakteriofaq adlandırırlar. Proses bakteriya hüceyrələrində belə gedir: - əvvəlcə virus bakteriya hüceyrəsi səthinə yapışır və oranı əridir. Daxil olduqdan sonra DNT sintezinə başlayır və bakteriya ölür. Virusların törətdiyi xəstəliklərdən biri də QİÇS-dir (qazanılmış immun çatışmamazlığı sindromu). Bu xəstəliyi yaradan virus orqanizmin müqavimət sistemini dağıdıb, onu zəiflədir və hüceyrədə intensiv çoxaldığına görə orqanizm bu mikroorqanizmə qarşı müdafiəsiz qalır. Bir sözlə, virusun virulentliyi çoxalır. QİÇS-i törədən virusun bir özünəməxsusluğu odur ki, o həddindən çox dəyşkəndir, çoxformalıdır (mutasiya). Hər hansı bir vaksin bu formalardan birinə müsbət təsir göstərə bilər, başqa bir formasına o dərəcədə təsir edə bilməz.

Müxtəlif amillərin təsirinə virusların davamlılığı çoxdur. Onlar aşağı temperatura, quru mühitə dözümlü olurlar. Qızdırıldıqda 55-600 C temperaturda ölür. Əksəriyyəti isə bəzi maddələrin-spirt, efir və digərlərinin təsirinə davamlı olur. Yalnız ultrabənövşəyi şüaların təsirindən bütün növ viruslar məhv olur. Onu da qeyd etmək lazımdır ki, ultrabənövşəyi şüaları yerdən 20-25 km məsafədə (yəni yuxarıda) olan ozon təbəqəsi tutub saxlayır (ozon təbəqəsi Beynəlxalq müqavilə əsasında qorunur).Ozon təbəqəsini təbiət yaradır, insanın iqtisadi fəaliyyəti isə dağıdır, qorunma məhz bununla bağlıdır. Bəzi viruslar da var ki, onlar heç bir zərər vermədən uzun müddət insanlarda qalır. Ancaq, sonralar tədricən sinir pozğunluqları törədir. Qrip xəstəliyini də müxtəlif viruslar törədir. Xəstə (qripli) adamların burnundan axan selikdə, bəlğəmində, ağız suyunda çoxlu miqdarda virus olur. Belə xəstələr asqıran və öskürən zaman hava onların ağzından, burun dəliklərindən təzyiqlə çıxır.  Həmin havada milyonlarla gözə görünməyən su damcıları var. İnfeksiya məhz elə bu damcılarda olur. Xəstələr tənəffüs edən zaman da damcılar havaya yayılır. Həmin bu damcılar sağlam adamın tənəffüs yollarına düşür və onu qriplə xəstələndirir. Damcılar xəstənin paltarına da çökür və infeksiya paltarlardan da keçə bilər. Nəticə etibarilə qrip damcı infeksiyasıdır. Virusdan müdafiə olunaraq hüceyrələr interferon adlı müdafiə zülalı hazırlayır. İnterferon yeni virus fraqmentinin (hissəciyin) əmələ gəlməsinə mane olur. Ona görə də interferon zülalı bir neçə virus xəstəliklərinin müalicəsində istifadə olunur. İnsanın orqanizmi virusun hərəkətinə müqavimət göstərir və antitellər hazırlayır. Buna baxmayaraq, bəzi viruslara qarşı (məsələn QİCS) xüsusi antitellər yoxdur. Ona görə də belə vəziyyət vaksin yetişdirməsini mürəkkəbləşdirir.

Bəşəriyyət tarixində olan 10 ölümcül xəstəlikdən biri olan insan qripi ən ağır forma sayılır. 1818-1819-cu illər arasında virusla yoluxan bu qrip 100 milyon insanın həyatını baltalayıb və indi məlum olan A tipli HİNİ virusudur. Sadə qripdən isə hər il 36000 adam dünyadan köçür. Bu tənəffüs və fiziki təmas yolunda yoluxan qrip mikrobunun hesabına baş verir.

2019-cu ildən “korona” virusu 1000 dəfə mutasiyaya uğrayıb. Hal-hazırki mutasiyaya uğramış virusun əsas hissəsi onun zülalı ilə bağlıdır. Hal-hazırda qeyri-rəsmi olaraq həm internet saytlarında və əhalinin müxtəlif təbəqələri arasında virusun insan sağlamlığına olan ziyanı barədə müxtəlif fikirlər söylənilməklə, insanları vaksinasiyadan yayındırırlar (vaksinasiya 1-ci, revaksinasiya 2-ci vaksindir). Virus orta açıxdığı gündən dünya səhiyyə təşkilatının və aparıcı dövlətlərin apardığı tədbirlərin məqsədləri insanları bu ağır bəladan xilas etməkdir. Bildiyimiz kimi koronovirusun ilk vaxtlarında süni tənəffüs aparatının hamıya çatmayacağı həyacan təbili qaabqcadan vurğulanırdı. Bütün bu çətinliklərə baxmayaraq, ölkə rəhbərimiz qısa bir vaxtda lazımi preventiv (qabaqlayıcı) tədbirlərin görülməsi üçün sərəncam verərək, milyardlarla vəsait ayırdı. Lazımi  aavdanlıqlar alındı, modul tipli xəstəxanaların tikintisinə başlanıldı. Hazırda bu məqsədlə Nazirlər Kabinetində yaradılmış Qərargah öz fəaliyyətini davam etdirir, insanlara ölüm gətirən bu bəlanı daim nəzarətdə saxlamağa çalışır. Qarşıdan payız, qız fəsilləri gəlir. Bildiyimiz kimi soyuq havada qrip virusuna kütləvi yoluxma daha çox müşahidə edilir. Eyni zamanda da qarşıdan şəhidlərimizin ildönümləri gəlir. İstər-istəməz insanlar şəhidlərin hüzr mərasimində kütləvi şəkildə yaxın təmasda olacaqlar. Bu isə yoluxmanın yenidən artmasına şərait yaradacaq.

Odur ki, vaxt var ikən insanların tələb olunan təbəqəsi yüz faiz vaksinasiyadan keçməlidir. Unutmayın, bütün dünya, həmçinin Prezidentimiz öz xalqının sağlamlığından ötrü hər şeyi etməyə can atır və edir. Virus əleyhinə vaxsin xarici ölkələrdən alınaraq ölkəmizə gətirilir. Bütün bunları nəzərə alaraq, vaksinasiyadan keçmək vacibdir. Unutmayaq ki, virus hələ bizimlədir. Onun yoxa çıxması üçün dövlət rəhbəri ilə birlik nümayiş etdirməliyik. Xəstəliyə qarşı müalicə tədbirləri nə qədər tez və vaxtında başlansa, nəticə bir o qədər səmərəli olar. Qaydalara əməl etmək yoluxma sayını azaldar.


Ramiz Buludov,
Şəhid N.Soltanov adına Dövrüşlü kənd 
tam orta məktəbin kimya-biologiya müəllimi
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR