» » Biləsuvar Rayon Təhsil Şöbəsi rəhbərliyinin ümumtəhsil müəssisələrinin idarəedici heyət üzvlərilə görüşü olub


Biləsuvar Rayon Təhsil Şöbəsi rəhbərliyinin ümumtəhsil müəssisələrinin idarəedici heyət üzvlərilə görüşü olub


Zəfər ilə nəticələnən 44 günlük Vətən müharibəsi şəhidlərini  bir dəqiqəlik sükut ilə yad etmə anından sonra Rayon Təhsil Şöbəsinin müdiri A.Bağırov ilk öncə yeni dərs ili münasibəti ilə  bütün təhsil işçilərini  təbrik edib və uğurlar arzulayıb.

"Bilesuvarinfo" xəbər verir ki, görüş müddətində 2021-2022-ci tədris ilinə aid 16 sentyabr 2021-ci ildə Şirvan şəhərində keçirilmiş ənənəvi sentyabr konfransında Təhsil Nazirliyi tərəfindən verilən tapşırıq, təklif və tövsiyələr  ümumtəhsil müəssisələrinin rəhbərlərinin nəzərinə çatdırılmışdır. 


2020-2021-ci tədris ilində əldə olunan nailliyyətlər və ümumi reytinq cədvəlinə əsasən Biləsuvar Rayon Təhsil Şöbəsinin 25-ci pillədən 16-cı pilləyə qalxaraq müsbət dinamik göstəricisi  münasibətİ ilə ümumitəhsil  müəssisə rəhbərlərinə və pedaqoji heyətə təşəkkür edilmiş,  tədrisin keyfiyyətinin artırılması, hədəf qoyulan zirvəyə çatmaq ,daha yüksək nailiyyətlərin əldə edilməsi istiqamətində təkliflər irəli sürülmüş, müzakirələr aparılmışdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR