Vətən muharibəsi şəhidi, döyüşlərdə düşmənə qan udduran qorxmaz kəfiyyatçı Elvin Kərimov 36 yaşını bu gün cənnətdə qeyd edir.
“Bilesuvarinfo” xəbər verir ki, Biləsuvarın Çaylı kəndi Vətən müharibəsində verdiyi 7 şəhidindən biri - Elvininin doğum gününə böyük sevgi ilə qeyd edir. Kənd sakinləri ilə yanaşı rayon içtimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları Elvinin doğulduğu ata ocağını və kənd qəbiristanlığında məzarını ziyarətə gəlirlər.
Bu gün şəhid E. Kərimovu böyük sevgi hissi ilə yada salan insanlar, silahdaşları onun vətənpərvər oğul olmasından, döyüşlərdəki göstərdiyi rəşadətlərdən danışır.
Qeyd edək ki, Elvin Mürşüd oğlu Kərimov 13 sentyabr 1985 - ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Doğma kəndinin orta məktəbində təhsil alıb. Hərbi xidmətini cəbhə bölgəsində “N” sayli hərbi hissədə kəşfiyyat qrupunda keçirib.
2005 - ci ildə ordudan təxris olun E. Kərimov bir müddət Rusiya Federasiyasına işləməyə gedir. 2014-ci ildə vətənə qayıdaraq, ordu sıralarında müddətdən artıq hərbi qulluqçu kimi vətənə xidmətini davam etdirib.
O, daxil olduğu kəşfiyyat kursunu uğurla başa vurduqdan sonra xidmət göstərdiyi hərbi hissənin kəşfiyat bölüyünün manqa komandirliyinə kimi yüksəlib.
Bütün xidməti vaxtı Vətəninə nümunəvi xidmət göstərən Elvin Aprel döyüşlərində düşmənə qan udduran cəngavərlədən biridir. Vətən muharibəsi başlayanda 2016-cı ilin aprelindən yarıda qalan döyüş yoluna Suqovuşandan başlayıb. Tərtərin Talış kəndinin, Hadrutun işğaladan azad edilməsində şəxsi şücayəti ilə seçilib. Kəlbəcərədək döyüş yolu keçib. Suqovuşan isdiqmətində növbəti gərgin döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.
Vətən müharibəsi şəhidi E.Kərimov döyüşlərədki qəhrəmanlıqlarına görə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin 3 qız övladı-Müşkünaz, Zəhra və Əsma vətənə əmanətdir. Onlar deyirlər ki, biz də qəhrəman atamıza layiq övladlar olacağıq.