» Zakir həkimin fədəkarlığı


Zakir həkimin fədəkarlığı

Koronavirus pandemiyasının davam etdiyi bir dövrdə hamının narahatçılığı təbiidir. Hər kəs gözəgörünməz düşmənə qarşı mübarizə aparmağa, özünü təhlükəli virusdan qorumağa çalışır. Bizim fədakar və qəhrəman həkimlərimiz isə nəinki özləri, insanların həyatı üçün mübarizədədir.
 
“Bilesuvarinfo” xəbər verir ki,  Biləsuvar rayon Mərkəzi Xəstəxanasının tibbi heyəti   pandemiyası zamanı həyatlarını riskə ataraq xəstəliyə qarşı  mübarizə aparırlar.
 
Bu gün insanlara inam və ümid bəxş edən həkimlərimizin əməyi ən yüksək qiymətə layiqdir. Rayon xəstəxanasında xətəliyə qarşı mübarizədə öndə duran, hər günü, hər anı riskli fəaliyyətinə həsr edən həkimlərdən biridir - Zakir həkim.
 
Zakir  Cavadov ömrünü rayonda insanların sağlımlığına sərf edib. O, xəstəxanada Klinik laboratoriya rəhbərlik etdiyi illərdə insanlara  qayğıkeş, təəssübkeş həkim kimi tanışdır.
 
Zakir həkim hal-hazırda da üzərinə düşən, məsuliyyətli işin öhdəsindən uğurla gələməyi bacarır.  Hər gün o, yüzldən artıq insanda təhlükəli  virusun müayinəsin aparır. Digər xəstələrin qan analizlərini həyata keçirir.  Boş vaxtında stasionar müalicə alan xəstələrin  yanına tələsir ki, onların lazım olan qan müayinələrini və köçürmələri etsin.
 
 Zakir həkim gərgin fəaliyyətinə baxmayaraq hər zaman özünü nikbin aparır. Bu günkü çətin fəaliyyətin yaratdığı yorğunluğa baxmayaraq, hər vaxt  xoş əhval ruhiyyədə olan Zakir həkim, posientlərininə xoş rəftarı və sözləri ilə  mənəvi qida verməyi də bacarır.
 
Zakir həkim çətin fəaliyyətində uğurlar, Ulu Yaradandan can sağlığı diləyirik!.   

 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan