» » Anasının su kanalına atdığı uşaq boğulub öldü


Anasının su kanalına atdığı uşaq boğulub öldü


Biləsuvar rayonunda dəhşətli hadisə baş verib. 


"Bilesuvarinfo" xəbər verir ki, hadisə rayonun İsmətli kəndində qeydə alınıb. 

İlkin məlumata görə 1 yaşlı körpəni kanala uşağın anası, həmin kənddə yaşayan, 1992-ci il təvəllüdlü Gülər İmanzadə atıb. Nəticədə uşaq suda boğulub. 

Uşağın anası, 1992-ci il təvəllüdlü Gülər İmanzadə Nəsimikənd kəndindəndir. O, İsmətli kəndinin sakini, 1994-cü il təvəllüdlü Nəzərli Hökuməli Əli oğlu ilə ailə həyatı qurub.


Kanalda boğularaq ölən Polad onların nikahından olan tək övladdır. Avqustun 3-də bir yaşı tamam olub.


Gülərin qayınatasının sözlərinə görə, atasıgildə qonaq olan gəlini dünən evə gəlib.


Onu da xatırladaq ki, "Qaynarinfo" nun məlumatına görə, Gülər İmanzadə ailədə davamlı zorakılıq görüb. Dünən gecə də evdə döyülən gəlin yaxınlıqda su tapmadığından kəndin girişində, qəbiristanlığın yanından axan kanala qədər gedib, orada bir az sulu yer tapıb və özüylə birgə övladını kanala atıb. Ancaq kəndin kanalında uzun müddətdən bəri su olmadığından qadına heç nə olmayıb, yosunların arasında itən uşaq isə boğulub.


Qeyd edək ki, faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.


Ana şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 





Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan