- 12 avqust, 21:33
- 1 390 dəfə oxunub
- 0
Daha bir qaziyə vəzifə verildi
"Bilesuvarinfo" xəbər verir ki, rayon icra hakimiyyəti başçısı Faiq Qürbətovun imzaladığı müvafiq sərəncamla Əmrah Akif oğlu Kazımlıya vəzifə verilib.
O, icra aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi təyin edilib.
Qeyd edək ki, Biləsuvar şəhərində anadan olan Kazımlı Əmrah Akif oğlu müharibənin ilk günlərindən torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qoşulub.
Ə. Kazımlı Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Müalicə aldıqdan sonra Xocavənd və Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.