» » “Füzulinin azad olunmasına görə” medalları təqdim olundu


“Füzulinin azad olunmasına görə” medalları təqdim olundu

Biləsuvar rayonunda “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunanların medallarının təqdimatı keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, medallar qəhrəman şəhidlərimizin ailə üzvlərinə və qazilərimizə təqdim olunub.

Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin kollektivi və  rayon ictimaiyyətinin  nümayəndələri iştirak etmişdir. 

Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycanın Dövtət himni səsləndirildi.
Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı  Faiq Qürbətov bildirdi ki, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun tarixi qələbəsindən söz açmışdır.

Medallar təqdim olunan şəhid ailələri və qazi ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə  öz minnətdarlıqlarını bildirdilər.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan