» Milli Qəhrəmanın atası qurbanlığını kəsib


Milli Qəhrəmanın atası qurbanlığını kəsib

 Dinimizdə Allah yolunda hər bir fədakarlığa hazır olmağı göstərən müqəddəs Qurban bayramını bu il fərqli qeyd edirik. Vətən müharibəsində Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canlarından keçməyə belə hazır olduqlarını göstərdilər. Bir millət olaraq haqq yolunda mübarizədən qorxmadığımızı, ölümə belə getməyə hazır olduğumuzu dünyaya sübut etdik.
 
“Bilesuvarinfo" xəbər verir ki, bu fikirləri, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov bu gün öz qubanlığını kəsərkən qeyd etmişdir. O, qeyd etmişdir ki, xoşbəxtik ki, xalqaımızın 30 illik nisgilinə son qoyuldu: “Mübariz şəhadətə qovuşduqdan sonra, hər il qədirbilən xalqımız nümayəndələri onun anadan olduğu yurda ziyarətə gələrkən də Uca Yaradandan torpaqlarımızın işğaldan azad olunmasını, məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasını diləyir, bu arzularına qovuşması üçün Allah yolunda qurbanlar niyyət edirdilər
Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq ifadəsi idi. Öz dərin tarixi kökünə, milli və dini dəyərlərinə sidq ürəkdən bağlı olan Azərbaycan igidləri zamanı çatanda öz  qanını və canını Vətən yolunda əsirgəmədi.
Qazanılan Zəfər xalqımızın qurbanlarının və dualarının qəbul olunduğunun göstəricisidir.”
 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan