» » Deputat Bəhruz Məhərrəmov Ağayrı kəndində tam orta məktəbdə oldu.


Deputat Bəhruz Məhərrəmov Ağayrı kəndində tam orta məktəbdə oldu.


Biləsuvar.info xəbər verir ki, Deputat Bəhruz Məhərrəmov Biləsuvar rayonu Ağayrı kəndində, şəhid Nuri Xəyal Şakir oğlunun ailəsinə baş çəkib geri dönərkən yolüstü kənd tam orta məktəbində də olub.

O bildirib ki, Məktəb qəzalı vəziyyətdədir və parlamentdə büdcə müzakirələri zamanı da səsləndirdiyim yenidən tikilməsi vacib olan 7 məktəbdən biridir. Təhsil ocağında olarkən, təsadüfən 9-cu sinifdə Həyat bilgisi fənnindən "Hüquqlarımız beynəlxalq səviyyədə qorunur" mövzusu keçirildiyini öyrəndim, alim kimi ixtisas sahəsi olduğu üçün rayon Təhsil şöbəsi və məktəbin direktorunun razılığı, fənn müəllimi Cavad Səlimovun icazəsi əsasında dərsi Bəhruz müəllim aparıb. Dərsin ilk dəqiqələrində şagirdlərlə qısa tanışlıq zamanı onların dövlət, vətən sevgisi, planları onu qürurlandırdı.
O bildirib ki, təbii ki, bir dərsin uğurundan danışmaq sadəlövhlük olar, lakin, inanıram ki, görüşümüzün özü şagirdlərdə müəyyən mənada müsbət iz buraxdı. Ən azından 2 şagird gələcəkdə general kimi mənimlə görüşəcəklərinə söz verdilər.
 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan