» » » Şəhid adına bulaq istifadəyə verildi - Video


Şəhid adına bulaq istifadəyə verildi - Video

Şəhid Rüstəmli Kənan Yalçın oğlunun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Biləsuvarın  Əsgərabad kəndində inşa olunan  bulağın  açılışı olmuşdur.
 
"Bilesuvarinfo" xəbər verir ki, açılışda millət vəkili Bəhruz Məhərrəmov, xalq artisti  Nazpəri Dostalıyeva, şəhidin təhsil aldığı Bakı Slavyan Universitetinin bir qrup müəllimi, şəhidin doğmaları  və rayon içtimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edənlər Kənanın vətənpərvər, savadlı və qeyrətli bir oğul olmasında fəxrlə danışmışlar. O, təhsil aldığı universitetdə nümunəvi tələbə olmudur- deyən müəllimləri, Kənanlı şirin xatirələri kövrələrk yada salmış, universitetin  Fəxri Məzun diplomunu şəhidin atasına təqdim olunmuşdur.


Şəhid bulağının açılışı ilə bağlı həmyerlimiz , fotoqraf Cavid Muradovun hazırladığı video roliki də
təqdim edirik


Xatirə kompleksində gənc rəssam Tural Səlimzadənin  yağlı boyalardan istifadə etməklə  22 yaşlı qəhrəmanımızın daş üzərində ərsəyə gətirdiyi portireti xüsusilə qeyd olunmalıdır. 
Qeyd edək ki, şəhid Rüstəmli Kənan Yalçın oğlu 1999-cu ilin 14 noyabırında Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olmuşdur. Doğulduğu kənddə 2016-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Slavyan Universitetinin tərcümə fakültəsinə daxil olmuşdur. Həmin Universiteti bitirdikdən sonra 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmışdır. 

Cəbhə bölgəsində “N” saylı hərbi hissənin kəşfiyyat bölündə xidmət edən Kənan Vətən müharibəsində Murovdağ silsiləsindəki yüksəkliklərin işğaldan azad olunmasında qəhrəmancasına iştirak etmişdir. Suqovuşan, Ağdərə istiqamətində gedən döyüşlər zamanı rəşadət göstərmiş, döyüş meydanında olan yaralanmış yoldaşlarını xilas edərkən şəhidlik zirvəsinə ucalıb.
Əsgər Rüstəmli Kənan Yalçın oğlu ölümündən sonra "Vətən uğrunda", “Suqovuşanın azad olunmasına görə ” və “Cəsur döyüşcü” medali ilə təltif edilmişdir.

 

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR