» » Vətən müharibəsi qəhrəmanlarının orden və medalları təqdim olundu (Şəkillər)


Vətən müharibəsi qəhrəmanlarının orden və medalları təqdim olundu (Şəkillər)


Biləsuvar Rayon İcra Hakimiyyəti və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon Şöbəsinin birgə təşkilatçılığı ilə  Vətən müharibəsi zamanı döyüş əməliyyatlarının iştirakçısı olmuş, Prezident tərəfindən təltif edilmiş şəxslərin ( bu rayondan olan) orden,  medal və onların vəsiqələrinin   təqdim edilməsi münasibətilə tədbir keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən tədbirdə İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, “Vətən müharibəsi” qaziləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Tədbirdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş,  Dövlət Himnimiz səsləndirildi. Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ilk öncə 26 iyun- Silahlı Qüvvələr Günü münasibətilə  təbrik nitqində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm  Qələbədən də söz açmışdır. Qeyd etmişdir ki,  biz Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, qazi olmuş əsgər və zabitlərimizlə daim fəxr edəcəyik. Şəhidlərimizin və  Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi daima əziz tutulacaqdır. 

Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi Nağı Cəfərov 103 illik müddətdə Azərbaycan Ordusunun keçdiyi şanlı zəfər yolundan  məlumat verib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş,  döyüş tapşırıqlarını uğurla yerinə yetirərək təltif olunmuş 58 Biləsuvarlı şəhidin orden və medalları ailə üzvlərinə, 49 nəfər müharibə iştirakçısı və qazilərimizin  orden və medalları isə özlərinə təqdim olundu.





































































































































































Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan