» » Rövşən Bədəlov "Tərəqqi" medalına layiq görüldü


Rövşən Bədəlov "Tərəqqi" medalına layiq görüldü


"Bilesuvarinfo.az" xəbər verir ki, bu haqda Millət Vəkili Bəhruz Məhərrəmov məlumat verərkən demişdir:
- Cənab Prezidentin bu gün imzaladığı Sərəncama əsasən təltif olunan bir qrup dövlət qulluqçusunun sırasında seçicim, Biləsuvar rayon İcra Hakimiyyətinin əməkdaşı, Bədəlov Rövşən Məmmədəli oğlunun da olması, onun dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif edilməsi məni çox sevindirdi. Dövlət qulluğunda qüsursuz xidmət göstərdiyi uzun illər ərzində Rövşən müəllim həmişə dövlətə və dövlətçilik ənənələrinə bağlılığı, sədaqəti ilə seçilib. Hesab edirəm ki, Rövşən Bədəlovun təltifi  bütün vicdanlı və dövlətini sevən dövlət qulluqçularına verilən ali qiymətdir. Bir az öncə Rövşən müəllimin özü ilə danışıb təbrik və xoş arzularımı şəxsən çatdırdım, onun bundan sonra da daha güclü Azərbaycan naminə səylərini daha şövqlə davam edəcəyinə inandığımı bildirdim.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR