» » Yarımçıq qalan kanalizasiya çəkilişi işləri müzakirə olunub


Yarımçıq qalan kanalizasiya çəkilişi işləri müzakirə olunub


Regionların sosial-iqtisadi  inkişafına dair Dövlət Proqramına (2004-2008-ci illər) əsasən, Biləsuvar şəhərinin içməli su təhcizatının yaxşılaşdırılması və  kanalizasiya işinin təşkilinə də başlanılmışdır.

“Biləsuvarinfo.az” xəbər verir ki,  2011- ci ilin sentyabrından etibarən işə başlanılaraq, şəhərin tarixi içməli su problemi tam həllini tapıb. Bu istiqamətdə görülən işlərdən prezident cənab lham Əliyev danışarkən demişdir: “Bu, böyük tarixi layihədir. Biləsuvar şəhərinin içməli su ilə təminatı artıq bundan sonra 100 faiz təşkil ediləcəkdir. Bu böyük nailiyyətdir, böyük uğurumuzdur. Bilirəm ki, Biləsuvarda su problemi həmişə olmuşdur, insanları narahat edirdi. Ancaq bundan sonra görülən işlər nəticəsində bu problem tamamilə aradan qaldırılacaq, şəhər 100 faiz su ilə təmin ediləcəkdir və 24 saat ərzində təmiz içməli su verilməlidir. Bundan sonra kəndlərə də su xətləri çəkiləcəkdir və beləliklə, uzun illər qalmış bu problemi biz birdəfəlik həll edirik.”

Qeyd olunan tarixdən, paralel olaraq Biləsuvar şəhərində ilk dəfə olaraq kanalizasiya sisteminin inşasına da başlanılır. Bu məqsədlə nəzərdə tutulan 9,5 km uzunluğunda kanalizasiya kollektorunun 8,8 km-lik hissəsi çəkilmiş, 76, 8 km kanalizasiya şəbəkəsi yaradılmışdır. Layihəyə əsasən, Biləsuvar şəhərində toplanacaq tullantı suları yeni tikiləcək çirkab sutəmizləyici qurğuda təmizlənəcəkdir. Söylənilən tikinti işlərinə nəzərən bu layihənin əsas hissəsinin reallaşdırıldığını da başa düşmək olar...

 Lakin, artıq 10 ilə yaxındır “Azərsu” tərəfindən Biləsuvar şəhərinin kanalizasiya işlərinin unudulmuşdur. Küçələrdə çəkilmiş kanalizasiya xətləri əhəmiyyətsiz bir qurğu kimi  zibillə dolub, müəyyən ərazilərdə vətəndaşlar   istimara verilməmiş kanalizasiya xəttinnə icazəsiz çirkab suları axıtması özlüyündə yeni problemə yol açıb.

 Sözügedən problemin həlli  istiqamətində rayon İcra Hakimiyyəti tərəfindən son vaxtlar ardıcıl olaraq,  müvafiq  addımlar  atılır.

 26 may 2021-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətində keçirilən yığıncaq rayonun içməli su və kanalizasiya sisteminin yaxşılaşdırılması istiqamətində görüləcək tədbirlərə həsr olunub.
İclasda Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Azərsu ASC-nin məsul əməkdaşları, Azərsu ASC-nin 3 saylı regional su kanal idarəsinin rəisi Vasif Əliyev  və digər aidiyyəti şəxslər iştirak etmişdir.

Müzakirələr zamanı Biləsuvar şəhərinin uzun illərdir yarımçıq qalan kanalizasiya sisteminin başa çatdırılması və sudan əziyyət çəkən kəndlərə, xüsusilə İsmətli kəndinə içməli suyun verilməsi qarşıda duran əsas məsələ kimi vurğulanmışdır.


İclasda qeyd olunmuşdur ki, bu tədbirlərin görülməsi məqsədilə aidiyyəti mərkəzi icra orqanları qarşısında yenidən məsələ qaldırılsın və icrasına qısa zamanda nail olunsun.

        Surxay Şahbazov
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan