» » Xalq Artisti Ramiz Novruzovun 66 yaşı tamam olur


Xalq Artisti Ramiz Novruzovun 66 yaşı tamam olur


Bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq Artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Ramiz Novruzovun doğum günüdür. Xalq artistinin 66 yaşı tamam olur.

"Bilesuvarinfo.az" xatırladır ki, Ramiz Novruzov (Ramiz Novruz) 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad kəndində doğulub.

R.Novruz Teatrda Seyton ("Maqbet", Şekspir), Edmund ("Kral Lir", Şekspir), Kreon ("Medeya", J.Anuy), İbn Yəmin ("İblis", Hüseyn Cavid), Sisyanov və Kərbəlayi Xan ("Hökmdar və qızı", İlyas Əfəndiyev) kimi rollar oynayıb.

Sənətkarın yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor "Nizami" filmində Dərbənd elçisi, "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov və s. rollara çəkilib.

"Bilesuvarinfo.az" olaraq aktyora yaradıcılığında uğurlar arzulayırıq!

Tural NƏSİR
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan