» » » Şəhidin diplomu ailəsinə təqdim olundu (VİDEO və ŞƏKİLLƏR)


Şəhidin diplomu ailəsinə təqdim olundu (VİDEO və ŞƏKİLLƏR)


Bu gün Emal Sənayesi üzrə  Bakı Peşə Təhsil Mərkəzinin şəhid məzunu İlkin Fərhad oğlu Məmmədovun diplomu valideyinlərinə təqdim olunub.


"bilesuvarinfo.az" xəbər verir ki,  şəhidimizin doğulub boya-başa çatdığı Biləsuvar şəhərində ata ocağında təşkil olunan təqdimat mərasimində təhsil mərkəzinin və rayon içtimaiyyətinin nümayəndələri iştirak etmişdir.

Mərasimdə mərkəzin müəllimləri   Pərviz Səfərov, Sevda Əliyeva şəhid tələbələri  ilə bağlı xoş xatirələri yada salmış, vətəprərvirliyindən, milli-mənəvi dəyərlərimizə bağlı oğul olmasından ürək dolusu danışmışlar.  Rayonun veteran və qazilərinin əhatəli çıxışlarının ardınca şəhidimizin təhsilini başa vurduğu təhsil müəssisəsinin diplomu onun valideyinlərinə təqdim olunub. Həmçinin sözügeden təhsil mərkəzinin Vətən muharibəsi şəhid məzunlarına həsr etdiyi kitab da şəhid ailəsinə verilib. Qəlbi Şuşa sevgisi ilə döyünən şəhidimizin məzarına Şuşadan gətirilmiş torpaq səpilmişdir.


Qeyd edək ki, Vətən Müharibəsinin ən gənc, ailənin tək oğul qəhrəmanı İlkin  19 yaşını çənnətdə yenicə qeyd edib. O, 27 mart 2002-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Təhsilini bitirdikdən sonra  hərbi xidmətə yollanıb. 


İ.Məmmədov  Vətən müharibəsində müstəsna qəhrəmanlıq göstərmişdir. Minaatan batareyanın tərkibində baş tuşlayıcı  olmuşdur. Rəhbərlik etdiyi bölük ilk döyüş əməliyyatlarında sərrast atışlarla düşmən  hədəflərini məhv etmişdir. Xocavənd uğurunda çətin döyüş tapşırığını yerinə yetirərkən ağır mərmi yaraları almışdır.


Davamlı müalicələrə və həkimlərin səylərinə baxmayaraq İ.Məmmədov 6 noyabr 2020-ci tarixində dünyasını dəyişmiş, Bəydili kənd məzarıstanlığında dəfn olunmuşdur.  Şəhidimiz ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif  olunub.

Allah Sənə rəhmət eləsin, gənc qəhrəmanımız, ruhun şad olsun!

         Baş Redaktor 
         Surxay Şahbazov






Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan