» » Biləsuvar Rayon İcra Hakimiyyəti “GÖZƏL DİYAR – BİLƏSUVAR” adlı foto-sərgi müsabiqə elan edir


Biləsuvar Rayon İcra Hakimiyyəti “GÖZƏL DİYAR – BİLƏSUVAR” adlı foto-sərgi müsabiqə elan edir


Biləsuvar Rayon İcra Hakimiyyəti “GÖZƏL DİYAR – BİLƏSUVAR” adlı foto-sərgi müsabiqəsinə start verib. 

"bilesuvarinfo.az"
həmin müsabiqəninin qaydaların təqdim edir:

"ƏZİZ BİLƏSUVARLILAR!

Biləsuvar rayonu Muğan düzündə yerləşən qədim diyardır. Biləsuvarlılar hər zaman tarixin bütün dövrlərində öz qəhrəmanlığı, zəhmətkeşliyi ilə seçilib, bu torpaq neçə-neçə alimlər, ziyalılar yetişdirib, dövlətinə sadiq, xalqına sədaqətlə xidmət edən gənclər yetişdirib, bu torpaq qəhrəmanlar yurdu, igidlər oylağıdır.
Biləsuvar xalqı hər zaman gücü torpaqdan alaraq böyüyüb, qəlblərində hər zaman torpaq, vətən sevgisini yaşadıblar.
Təsadüfi deyil ki, Biləsuvarlılar bu gün torpağa bağlı vətənpərvərlər yetişdirib, bu torpağın azadlığı və müstəqilliyi uğrunda zaman-zaman tarixin bizə yaşatdığı müharibələrdə məğrur döyüşüb, şəhid olublar.
Təsadüfi deyil ki, Biləsuvarlılar Azərbaycanın “ağ qızılı” sayılan PAMBIĞIN əvvəlki şöhrətini özünə qaytarmaq üçün torpağın hər qarışına alın təri axıdırlar.

ƏZİZ BİLƏSUVARLILAR!

Bildiyiniz kimi ilin əkin-biçin dövrü başlayır, proseslərə start verilir. Biləsuvarda tarlalar, çəmənlər yaşıl libasını geyinir. Kombaynlar, traktorlar öz fəaliyyətlərinə başlayır. Eləcə də yenicə qış fəslindən ayılan Biləsuvara ilin ən gözəl fəsillərindən olan yaz fəsli qədəm qoyub. Yazın aylı gecələrini, aydın sabahlarını, günəşli səhərini, yaşıl donlu tarlalarını, qocaman ağaclarını, uçan quşlarını, zəngin flora və faunasını və görmək istədiyiniz başqa gözəllikləri, innovativ görüntüləri kameranın yaddaşına köçürüb, Biləsuvarın bir gününü təqdim etmək imkanınız varsa, bu müsabiqə SİZİN üçündür.
Biləsuvar Rayon İcra Hakimiyyətinin elan etdiyi “GÖZƏL DİYAR - BİLƏSUVAR” adlı fotosərgi müsabiqəsinin şərtləri aşağıdakılardır:
Fotosərgiyə təqdim olunacaq şəkillər yalnız Biləsuvar rayonuna aid olmalıdır.
İştirakçılar fotoşəkilləri fotomusabiqe2021@gmail.com e-poçt ünvanına göndərməlidirlər.
Fotoları göndərən şəxsin adı, soyadı və əlaqə nömrəsini, fotonun çəkildiyi ərazini qeyd etməsi mütləqdir.
Fotoların ölçüsü barədə məhdudiyyət yoxdur.
Fotolar keyfiyyətli olmalıdır. (ən azı 3-5 MB).
Fotoların çəkilməsi zamanı istifadə olunan texnikaya məhdudiyyət yoxdur.
Təqdim olunmuş fotolar üzərində heç bir fotoredaktə proqramlarından istifadə olunmamalıdır.
Çəkilən fotoşəkillər yalnız yeni çəkilməlidir (əvvəlki dövrlərdə çəkilən olmamalı), müsabiqə yekunlaşana kimi heç bir yerdə paylaşılmamalıdır.
Müsabiqənin şərtlərinə uyğun olmayan şəkillər qəbul edilməyəcək.

Qaliblərin seçilməsi qaydaları:
Seçim facebook platforması üzərindən https://www.facebook.com/Bilesuvarrayonu səhifəsində bəyənmələr (LİKE) və Paylaşmalar (SHARE) vasitəsilə olduğu üçün nəticələri izləmə şansınız olacaq.
Bir şəkil hər hesabdan bir dəfə paylaşılmalıdır.
Müsabiqədə yaşından, cinsindən, statusundan, yaşadığı ünvandan asılı olmayaraq hər bir biləsuvarlı iştirak edə bilər.
Fotoşəkillərin qəbulu 01 may 2021-ci il saat 12:00-dan başlayır, 18 may 2021-ci il saat 12:00-da bitir.
Göndərilən fotoşəkillər 19 may 2021-ci il saat 12:00-dan Biləsuvar Rayon İcra Hakimiyyətinin səhifəsində yerləşdiriləcək və səsverməyə start veriləcək, səs vermə 21 may 2021- ci il saat 12:00-da bitəcək.
Qaliblər 22 may – Beynəlxalq Biomüxtəliflik Günü ilə əlqədar keçiriləcək foto-sərgidə elan ediləcək.

Qalibləri nə gözləyir
İlk üç yerin sahibi Fəxri Fərmanlar, qiymətli və sürpriz hədiyyələr ilə mükafatlandırılacaqdır.
Ən çox bəyənmə alan "22 şəkil" 22 May Beynəlxalq Bio-müxtəliflik Günü ilə əlaqədar Mərkəzi Parkın stadionunda sərgilənəcək.
İlk üç qalibdən sonra ən çox bəyənmə alan 12 şəkil 2022-ci ilin Biləsuvar rayonu adlı təqvim albomunda əks olunacaq.
Müsabiqənin sonunda ilk 3 yerə layiq görülən şəkillərin ilk birincisinin (hər hansı bir ərazi massivində çəkilmiş şəkil) sahibi ilə şəklin çəkildiyi məkanda çay süfrəsi arxasında görüş keçiriləcək.
Eyni zamanda ilk üçlüyə daxil olan şəkillər müəllifləri göstərilməklə rəssamlar tərəfindən rayonun müxtəlif küçə, prospekt və bina divarlarında graffiti işləniləcək.

Əlavə suallarınızı fotomusabiqe2021@gmail.com e-poçt ünvanına göndərə bilərsiz.

Bütün "düşünən beyinləri", "bacarıqlı əlləri" müsabiqədə iştirak etməyə dəvət edirik!

QALİB OL VƏ RƏSMİNİ DİVARDA SEYR ET!"

XƏBƏRLƏR ŞÖBƏSİ
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan