» » Deputat təhsilində fərqlənən bir qrup Biləsuvarlı gənci "Hərbi Qənimətlər Parkı"na dəvət etdi (ŞƏKİLLƏR)


Deputat təhsilində fərqlənən bir qrup Biləsuvarlı gənci "Hərbi Qənimətlər Parkı"na dəvət etdi (ŞƏKİLLƏR)


"Hərbi Qənimətlər Parkı"nın açılışı zamanı Prezident İlham Əliyev çıxışında bildirmişdi ki, "Hərbi Qənimətlər Parkına gələn hər bir insan Ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək."  Məhz bu amaldan yola çıxaraq, təhsilində fərqlənən bir qrup biləsuvarlı şagirdi Hərbi Qənimətlər Parkına dəvət etdim. 

Kifayət qədər maraqlı bir gün keçirdik. Dövlətimizin gücü, ordumuzun qəhrəmanlığı və müzəffər Ali Baş Komandanın qətiyyətinin nəticələrini əks etdirən eksponatları - hərbi qənimətlərimizi birlikdə izləyib qürur duyduq. Gəzinti zamanı, 30 illik işğal dönəmi və bu dövr ərzində erməni vəhşiliyindən, zəfər yolumuz, habelə, postmüharibə dövründə yaşananlar barədə danışdıq. Xüsusən, zəfərimizi həzm edə bilməyən daxili və xarici düşmənlərimizin Zəfər parkı ətrafında "humanizm" pərdəsi altında qarayaxma kampaniyası apararaq milli heysiyyatımıza toxunmaq cəhdləri şagirdlər tərəfindən təəssüf və hiddətlə qarşılandı. İnanıram ki, parkda əyani gördükləri və apardığımız söhbət,  yad ünsürlərin onları hədəfə alan saxta təbliğatı qarşısında gənclərimizin daha da ayıq-sayıq şəkildə, soyuqqanlı, möhkəm iradə ilə dayanmaları və gələcəkdə lazimi cavabı verə bilmələri üçün gözəl bir başlanğıc oldu.

        Deputat Bəhruz Məhərrəmov















Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan