» » Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı qanuna dəyişiklik edilməlidir-DEPUTAT


Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı qanuna dəyişiklik edilməlidir-DEPUTAT


“Şəhid ailələri və qazilərlə iş dövlət siyasətinin prioritetlərindəndir və bu mənada düşünürəm ki, Vətən müharibəsinin yaratdığı yeni reallıq fonunda şəhid adının əbədiləşdirilməsi istiqamətində mövcud hüquqi bazanın təkmilləşdirilməsinə baxmalıyıq”.

Cebhe.info xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib. Deputat bildirib ki, 1993-cü ildə qəbul edilmiş Qanuna əsasən, şəhid adı küçə, meydan, müəssisə, məktəb və digər yerlərə verilə bilər:

“Nazirlər Kabinetinin 1994-cü il 10 saylı qərarında isə qeyd edilir ki, (3.1.2. ) bu cür əbədiləşdirmə üçün şəhid ya Milli Qəhrəmanı olmalıdır, ya da vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunmalıdır.

Mən indi təmsil etdiyim Biləsuvarın misalında deyim. Orta hesabla bizim hər kəndimizdə 3-4 şəhid var, indi mövcud isə qaydalar 2 ordeni olmadığına görə şəhidin adının vaxtıilə yaşadığı küçədə, yaxud kəndində əbədiləşdirilməsinə icazə vermir. Bu da haqlı gileylərə səbəb olur.
Bilirsiniz, şəhidin adını adsız küçələrdən birinə verməklə şəhid ailəsinin də könlü xoş olar, gənc nəsil üçün bir dərs olar, şəhidin adını yaşadar”.

      Vilayət Muxtar
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR