» » O, Tovuz döyüşlərindən sonra səngərə qayıtmışdı... - FOTOLAR


O, Tovuz döyüşlərindən sonra səngərə qayıtmışdı... - FOTOLAR


Biləsuvarın Ağalıkənd kəndi Vətən müharibəsində 6 şəhid verib. Neçə-neçə qəhrəman  oğulları döyüşlərdə sağlamlığını itirib.

"bilesuvarinfo.az" xəbər verir ki, onlardan biri, Məmmədov Rəşad Telman oğlu 1986-cı ilin 24 oktyabırında anadan olub. Ağalıkənd tam  orta məktəbini bitirdikdən sonra, həqiqi hərbi xidmətini 2005-2006-cı illərdə  cəbhə bölgəsində keçirib.


2020 - ci ilin iyulunda düşmənin cəbhədə törətdiyi növbəti təxribatı - Tovuz döyüşlərindən sonra düşmənə qarşı artan nifrəti onu yenidən ordu sıralarına, səngərə qaytarıb. Bu dəfə kiçik çavuş kimi ordu sıralarında xidmətə başlayan (avqust ayından) Rəşad düşmənlə üz-üzə xidmət gösdərməkdən qürur duymuşdur. Tarixi torpaqlarımızda rahatlıqla gəzən mənfur düşmənin buradan qovulacağı günü səbisizliklə gözləyib.


Hücum əmri aldıqları günü fəxrlə yada salan Rəşad deyir: “Bu gün çatanda hər birimizdə  doğmalarımıza- valideyinlərimizə, övladılarımızdan çox  Vətən məhəbbəti üstələmişdir. Düşməni topaqlarımızdan qovmaq uğurunda birləşən əsgərlərə ölüm  qorxusu uzaq idi”.


Rəşad 27 sentyabırdan Silahlı Qüvvələrimizin başladığı haqq savaşına, tuşlayıcısı olduğu “PMP” –də başlayıb. Füzuli istiqamətində düşmənin uzun illərdən bəri möhkəmləndirdiyi mövqelərin darmadağın edilməsində xüsusi sücayət göstərmişdir. Oktyabırın 2-də, qanlı döyüşlərin birində yaxınlığa düşən mərminin partlaması qorxmaz döyüşcunun sağlamlığına ciddi ziyan vurub. Həkimlərin ciddi səylərindən, aldığı davamlı müalicələr Rəşadın kürək, qıç və qol nahiyəsindən aldığı ağır qəlpə yaralarının sağalmasına kömək olur.


Ali Baş Komandan İlham Əlyev tərəfindən imzalanan sərəncamlarla “Cəsur döyüşcü”, “Füzulinin alınmasına görə” və “Xocavəndin alınmasına görə”  medalları ilə təltif olunan  Rəşad Məmmədov Qismət (12 yaşında) və Ramal (10 yaşında) adlı iki oğul atasıdır. O, övladlarını gələcəkdə hərbiçi olması arzusu ilə yaşayır.


 Allahdan qazimizə şəfa diləyir, tezliklə sağlamlığına qovuşmasını arzu edirik!.



Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan