» » Biləsuvarda zolaqsız piyada keçidləri.


Biləsuvarda zolaqsız piyada keçidləri.


  Yol hərəkəti  haqqında  qanuna  görə piyada  keçidi  nəzərdə  tutulan yerlərdə   həm nişan  olmalıdır, həm də yerə  zolaq  çəkilməlidir.
   bilesuvarinfo.az verdiyi xəbərə əsasən Biləsuvarda demək olar ki, bu  qaydalara  əməl  edilmir. Xüsusəndə məktəb qarşısında olan yollarda yerdə zolaq olmadığından sürücülər  nişanın tələbini pozmağa məcbur olurlar. Buna  görə də  sürücülər əksər hallarda  piyadalara (məktəblilərə) yol vermir.  
Biləsuvar rayonunda piyada keçidləri baxımsız haldadır. Məktəblərin fəaliyyətə başladığı dövrdə şagirdlərin həyat təhlükəsi risqini dahada artırır.
   İnanırıq ki, bununla bağlı əlaqəli orqanlar lazımi tədbirlər görəcəkdir. Problemin həlli ilə bağlı yenidən bu mövzuya qayıdacayıq.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan