» » » Şəhid Xosuzadə Müşfiq Zakir oğlu


Şəhid Xosuzadə Müşfiq Zakir oğlu


Şəhid Xosuzadə Müşfiq Zakir oğlu 14 aprel 1993-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur.

2011-2012-ci illərdə həqiqi hərbi xidmət keçmişdir. 2013-cü ilin noyabr ayından gizir rütbəsində xidmətini davam etdirmişdir.

Xosuzadə Müşfiq Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.

Şəhid M.Xosuzadə 29 sentyabr2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd məzarıstanlığında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşfiq Xosizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Müşfiq Xosizadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
 
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan