» » Gənc Könüllülər Şəhid İlkin Məmmədovun doğum günü ilə bağlı onun evində olublar-Şəkillər


Gənc Könüllülər Şəhid İlkin Məmmədovun doğum günü ilə bağlı onun evində olublar-Şəkillər


    Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin Gənc Könüllüləri Vətən müharibəsində dünyasını dəyişən şəhid İlkin Məmmədovun doğum günü ilə bağlı şəhidin evində olub, ailəsinə başsağlığı veriblər. Gənclərimiz həmçinin şəhidin məzarını da ziyarət ediblər.

    Qeyd edək ki, BMT-nin Uşaq Fondunun təşəbbüsü və Avropa İttifaqının maliyyə dəstəyi ilə "Junior Achievement Azerbaijan" tərəfindən həyata keçirilən "Gənclərin Təşəbbüskarlıq Həlləri" proqramı çərçivəsində Biləsuvar Gənclərinin uğur qazandığı layihələrdən biri şəhidimiz İlkin Məmmədovun arzusunu həyata keçirmək olacaq. Belə ki, yaxın zamanlarda Biləsuvar rayonunun mərkəzində elə şəhidimizin arzuladığı kimi "İlay" adını daşıyacaq bərbərxana fəaliyyət göstərəcək.

       Səbinə Hüseynzadə
       Gənclərin İnkişaf və Karyera Mərkəzinin Biləsuvar nümayəndəliyinin direktoru 





Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan