» » Şuşa şəhəri-Azərbaycan mədəniyyətinin paytaxtı


Şuşa şəhəri-Azərbaycan mədəniyyətinin paytaxtı


      Şuşa şəhərinin Azərbaycan xalqı üçün böyük mənəvi dəyəri və əhəmiyyəti vardır. "Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir. Vaqif, Natəvan, Xan Şuşinski və sair kimi dahi azərbaycanlılar Şuşada yaşayıb-yaratmışlar. Azərbaycana məxsusi musiqi növü olan və UNESCO-nun qeyri-maddi mənəvi irs siyahısına daxil edilmiş muğamın kökləri Şuşaya aiddir. Məhz buna görə Şuşa, həmçinin Azərbaycanın konservatoriyası hesab edilir".

      Cənab  Prezidentin göstərişi ilə Şuşada Vaqif poeziya günləri və Xari bülbül festivalı bərpa ediləcəkdir. Eyni zamanda, xarici qonaqların Şuşaya rahat səfər etməsi üçün Şuşaya yaxın məsafədə yerləşən Füzuli şəhərində beynəlxalq hava limanı tikiləcəkdir. İtaliyanın “KmetroO”, “Sardegnagol”, “Politicamente Corretto”, "Agenzia Nova" kimi mətbuat orqanlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı yazılar dərc edilib. Cənab Prezident bildirib, hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”. 


      28 ildir ki, Azərbaycan Şuşasının həsrətiylə yaşayır, böyük səbir və dözümlə işğal altında olan doğma torpaqlarının qansız, müharibəsiz, beynəlxalq hüquq normalarına uyğun şəkildə geri qaytarılmasını gözləyirdisə də, məsələ kağızlar üstündə qalmağa, Azərbaycanın digər əraziləri, dinc azərbaycanlılar düşmən təxribatlarına tuş gəlməyə davam edirdi. Və nəhayət ölkə rəhbəri – Azərbaycanın Ali Baş Komandanı İlham Heydər oğlu Əliyev düşünülmüş düzgün vaxt seçərək qərara gəldiki, həddini aşıb azğınlaşmış ermənilərin yerinə oturdulması məqsədilə məsələnin hərbi qaydada həlli yeganə çıxış yoludur.

      Bu ilin sentyabr ayının 27-dən başlayaraq müzəffər Azərbaycan ordusu ölkənin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğalçı ermənilərin xarabalıqlara çevirdiyi torpaqlarımızı kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər qəsbkarlardan azad etməyə, bayrağımızı ucaltmaqla başladı... 8 noyabr tarixi Azərbaycanı uzun illərlə həsrətində olduğu doğma Şuşasına qovuşdurdu. 

10 noyabr tarixi isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edildiyi şanlı Qələbə Gününə çevrildi.

          Rəşadət Əskərov
          Biləsuvar DAİM-in Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçi
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR