» » Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir


Azad edilmiş torpaqlar erməni vəhşiliyinin şahididir



     Qarabağ torpaqlarında erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər ürək ağrıdır. Erməni vandalları tərəfindən xarabalığa çevrilən  şəhər və kəndlərimiz, dağıdılan və təhqir edilən məscidlərimiz, tarix və mədəniyyət abidələrimiz düşmənin faşist xislətindən xəbər verir. Erməni vandallarının nə qədər barbar, vəhşi olduğunun baris nümunəsidir.

     Dövlətimizin başçısı Cənab Preziden qeyd edib ki, bütün beynəlxalq təşkilatlar gəlsinlər, görsünlər bunu: “Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr gəlsinlər, görsünlər bu vəhşilər nə ediblər”.Azad edilmiş torpaqlar erməni vandallarının vəhşiliyinin şahididir: “Dünya tarixində buna oxşar vəhşilik bəlkə də olmamışdır. Gələsən, başqasının torpağında yaşayasan, sonra fürsətdən istifadə edib buradan yerli əhalini qovasan, öldürəsən, yandırasan, soyqırımı törədəsən. Sonra da o xalq ki, sənə qucaq açıb, səni qəbul edib, sənə burada yaşamağa imkan verib, onun tarixi abidəsini bax, bu günə qoyasan. Vəhşilik. Mən deyəndə ki, sanki vəhşi qəbilə keçib buradan, bax, bu mənzərəni nəzərdə tuturam”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

     İşğaldan azad edilən Qarabağda erməni vandallarının illərlə törətdikləri vəhşi əməllər ürək ağrıdır. Viran qoyulan şəhər və kəndlərimiz, dağıdılan, təhqir edilən məscidlərimiz, yer üzündən silinən tarix və mədəniyyət abidələrimiz düşmənin faşist xislətindən xəbər verir, onun nə qədər barbar, vəhşi olduğunu göstərir.
 Erməni işğalçıları tərəfindən bütün bu dağıntılar, talan məqsədli şəkildə həyata keçirilib. Amansız düşmən Qarabağda azərbaycanlılara aid maddi-mədəni irsi viran qoymaqla, yerlə bir etməklə soydaşlarımızın bu ərazilərdəki tarixiliyinin, mədəni kimliyinin itirilməsi, silinməsi məqsədi güdüb.

     Prezident İlham Əliyevin işğaldan azad edilən rayonlara səfərləri zamanı etdiyi çıxışlarda səsləndirdiyi fikirlərdə də bu məqam xüsusi yer tutur – “Erməni vandallarının bütün bu vəhşi, barbar əməlləri dövlətimizin gücü ilə tezliklə aradan qaldırılacaq, dağıdılan maddi-mədəni irsimiz yenidən bərpa olunacaqdır”. Cənab Prezidentin vurğuladığı kimi, necə birlik, həmrəylik göstərib torpaqlarımızı azad etdik, həmin birlik sayəsində də bərpa, quruculuq işlərini qisa zaman kəsiyində həyata keçirəcəyik. Ərazilərimiz bərpa planına uyğun olaraq yenə də əvvəlki vəziyyətinə qayıdacaq, torpaqların potensial imkanından istifadə edilməklə regional inkişaf proqramlarının uğurlu icrası daha da sürətlənəcək, Qarabağın yaralarını sarıyıb  sağaldılacağıq, bu ərazilər tezlilə yenidən cənnət məkana çevriləcəkdir.
     
        Rəşadət Əskərov
        Biləsuvar DAİM-in Texniki Nəzarətin Təşkili üzrə baş məsləhətçi
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR