» » Yaxın zamanda Biləsuvar şəhər 6 saylı tam orta məktəbin binası yenidən inşa olunacaq.


Yaxın zamanda Biləsuvar şəhər 6 saylı tam orta məktəbin binası yenidən inşa olunacaq.



     "Bilesuvar.İnfo" xəbər verir ki, Deputat Bəhruz Məhərrəmov bildirmişdir ki, Biləsuvar şəhər 6 saylı tam orta məktəb öz ən-ənəsi olan təhsil ocağıdır. Əslində bina tikilərkən məktəb nəzərdə tutulmadığı üçün illər boyu dar dəhlizlər, uyğunsuz sinif otaqları çətinliklər yaradıb, hazırda isə bina qəzalı vəziyyətdədir. 

     Rayonda görüşlərim çərçivəsində bu təhsil ocağına da baş çəkib real vəziyyətlə tanış oldum. Sevindirici haldır ki, yaxın zamanlarda daha geniş və daha uyğun bir ərazidə məktəb üçün 1176 yerlik yeni, ən müasir tələblərə cavab verən binanın tikintisi başlanılacaq. Əminəm ki, onsuz da yüksək göstəriciləri olan məktəbin kollektivi dövlətimizin qayğısını layiqincə qiymətləndirərək daha yüksək nəticələri ilə hamımızı sevindirəcəklər.

      Bəhruz Məhərrəmov
      Milli Məclisin Deputatı
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR