» » Adil Kərimli Biləsuvarda mədəniyyət müəssisələrinə baxış keçirib


Adil Kərimli Biləsuvarda mədəniyyət müəssisələrinə baxış keçirib

Biləsuvarda olan Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli  vətəndaş qəbulundan sonra rayondakı bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.

“Bilesuvarinfo” xəbər verir ki, Adil Kərimli Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, Orxan Əkbərov adına Uşaq İncəsənət Məktəbi, Dövlət Rəsm Qalereyası, Xırmandalı kənd Uşaq İncəsənət Məktəbi, Tarix - Diyarşünaslıq Muzeyi və Dövlət Bayrağı Muzeyinin fəaliyyəti ilə tanış olub. Nazir müavini müəssisələrə baxış zamanı fəaliyyətin günün tələbələri səviyyəsində qurulması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

Səfər çərçivəsində rayonun Bəydili kəndi ərazisindəki ölkə əhəmiyyətli abidə – Yedditəpə kurqanlarına (qəbir abidələr) da baxış keçirilib. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq, bu rayonun ərazisindəki abidələrin də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yenidən qeydiyyatı və mühafizəsinə diqqət artırılması qeyd olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan