» » Fuad Biləsuvarlının yeni uğuru


Fuad Biləsuvarlının yeni uğuru

Nəğməkar şair Fuad Biləsuvarlı sözləri özünə məxsuz mahnı bəsətləyib.

“Bilesuvarinfo” xəbər verir ki, şairə məxsuz "Gedən sən oldun" adlı yeni mahnını tanınmış müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Nüşabə xanım Ələsgərli təqdim edib.

Qeyd edək ki, əslən Biləsuvardan olan istedadlı gənc şair, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Prezident mükafatçısı Fuad Biləsuvarlı daha çox incə, kövrək məhəbbət şeirləri ilə tanınır. Bu günədək ərsəyə gətirdiyi oxunaqlı, diləyatımlı bir çox nəzm nümunələrinə bəstəkarlar mahnılar bəstələyiblər. Tanınmış müğnnilər - Brilliant Dadaşaova, Gülynaq Məmmədova,  Gülüstan Əliyeva, Ağadadaş Ağayev, Almaz Ələsgərli, Nadir Qafarzadə və başqalarının ifasında dinlədiyimiz sevilən mahnılardan sözləri bu nəğməkar şairə məxsus olanlar da az deyil.

Mahnını aşağıdakı linkdən dinləyə bilərsiniz:
https://youtu.be/6oEaQmvG1nc


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan