» » Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib


Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı yanında keçirilən Şuranın növbəti iclasında 2 məsələ müzakirə edilib.

- “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə Rayon Gənclər və İdman İdarəsi, Gənclər Evi və gənclər təşkilatları tərəfindən gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlər, eləcə də rayonda idmanın inkişafının dayanıqlı olması, gənc idmançıların hazırlanması, onların respublika və beynəlxalq turnirlərdə, o cümlədən idmanın faydaları ilə bağlı maarifləndirmə işində daha fəal iştirakının təmin olunması sahəsində rayon Gənclər və İdman İdarəsinin gördüyü işlər barədə” 

-  “Biləsuvar rayonunun 2022-ci ildə yerli büdcəsinin gəlir və xərclərinin icrasının vəziyyəti barədə”.
İclasda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov, şura üzvləri, Rayon Gənclər və İdman İdarəsinin, Gənclər Evinin, Rayon üzrə Maliyyə idarəsinin və aidiyyəti idarə, müəssisələrin rəhbərləri, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edib.

Əvvəlcə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı-Şuranın sədri Faiq Qürbətov müzakirə olunacaq məsələlər barədə məlumat verib. 
Sonra Rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovanın birinci məsələ barədə, Rayon İcra Hakimiyyəti Başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəlahəddin Yunsurovun isə ikinci məsələ barədə  hazırladığı arayışlar  dinlənilib.

Şura üzvləri hər iki məsələ barədə müzakirələr apararaq, icrası istiqamətində qarşıya çıxan problemlərin  qısa vaxtda aradan qaldırılması üçün tədbirlər müəyyənləşdiriblər.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov çıxış edərək şura iclasının gündəliyinə daxil edilmiş məsələlərlə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədi ilə aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Yekunda müzakirə olunan hər bir məsələ ilə bağlı Şura iclasının qərarları qəbul edilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuş Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının Əsgərabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lətif Abbasovun medalı təqdim olunub.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan