» » "Təhlükəsiz Yol" adlı görüş keçirildi


"Təhlükəsiz Yol" adlı görüş keçirildi

Biləsuvar rayununda uşaqlarla "Təhlükəsiz Yol" adlı görüş keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan görüşə rayonun təhsil müəssisələrdən şagirdlər dəvət olunub.

Görüş "Azərbaycan Respublikası Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilir. Bu haqda, Biləsuvar Mədəniyyət Mərkəzinin metodisti İlqar Dadaşov danışarkən onu da vurğuladı ki, görüşdə məqsəd ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanmasıdır.
DYP əməkdaşlarının da iştirak etdiyi maarifləndirici tədbirdə şagirdlərə yollarda quraşdırılan yol nişanları, işıqforlar və piyada keçidlərinin əhəmiyyətindən danışıb, nişanlardan düzgün istifadə qaydaları haqqında məlumat verilib.

Tədbirdə çıxış edən  Biləsuvar Rayon Polis Şöbəsinin  Dövlət Yol Polisi Bölməsinin baş inispektoru Əziz Məmmədov  bildirib ki, bu cür marifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri yol hərəkəti təhlükəsizliyi qaydaları ilə tanış etmək və yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısını almaqdır.

Görüşdə şagirdlərə mövzu ətrafında suallar verilib, onların da sualları cavablandırılıb.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR